Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
15 May 2026, 18:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
02.01.2026, 12:57
Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.
Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
“Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vuranlardan - sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin “Mercedes ML” markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib”, - deyə S.Nəsirov yazıb.
Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.
Baş vermiş hadisə, xüsusilə “Mercedes”in sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub.(Qafqazinfo)
Hadisə anının görüntülərini təqdim edirik:
18:07 / 15 May 2026
1
18:00 / 15 May 2026
43
17:47 / 15 May 2026
122
17:12 / 15 May 2026
58
17:00 / 15 May 2026
123
17:00 / 15 May 2026
66
16:56 / 15 May 2026
91
16:38 / 15 May 2026
61
16:35 / 15 May 2026
63
16:20 / 15 May 2026
76
16:13 / 15 May 2026
163
16:09 / 15 May 2026
58
15:55 / 15 May 2026
65
15:50 / 15 May 2026
594
15:50 / 15 May 2026
70
15:47 / 15 May 2026
65
15:41 / 15 May 2026
67
15:10 / 15 May 2026
80
15:04 / 15 May 2026
411
14:58 / 15 May 2026
75
14:54 / 15 May 2026
76
14:48 / 15 May 2026
837
14:47 / 15 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.