Bakıda və Abşeronda bu ərazilərdə olan evlər söküləcək
04 Fevral 2026, 20:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
475
31.12.2025, 09:58
Tərtər rayon Hacıqərvənd kəndinin 20 Yanvar küçələrində elektrik dirəkləri və naqilləri bərbad vəziyyətdədir.
Oxu24.com xəbər verir ki, kənd sakinlərin sözlərinə görə, kəndlərdə elektrik dirəkləri köhnə olduğundan naqillər tez-tez qırılır və onları bərpa etmək təhlükəli hal alır:
“Bu dirəklər gördüyünüz kimi çürüyüb, yararsız hala düşüblər. Elektrik naqilləri bir az külək olan kimi bir-birinə dolaşır, saatlarca işıqsız qalırıq. Uzun illərdir quraşdırılan beton dirəklər artıq istismar müddətini başa vurub. Yağışın, qarın təsirindən ovulub tökülən dirək iki armaturun hesabına dayanıb. Ən dəhşətlisi isə təhlükəli halda olan dirəyə elektrik xətlərinin bərkidilməsidir.
Ani güclü külək və ya xoşagəlməz hadisə təsirindən dirək hər an aşa və bədbəxt hadisə baş verə bilər. “Azərişıq” ASC-yə müraciət edirik, müraciətimizə baxan olmur.”
Mövzu ilə bağlı Oxu24.com-un əməkdaşı Tərtər Elektrik Şəbəkəsinin müdiri Vilayət Qafarovla əlaqə saxlayıb. O,suallara cavab verməkdən imtina edib.
Həmçinin oxuyun
Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, əraziyə ötən ilin oktyabr ayından 12 elektrik dirəkləri quraşdırılıb.
"Həmin ərazidə yaşayan bir vətəndaşımız 2024-cü ilin oktyabr ayından hərbi xidmətdə olduğuna və açılışda olmayacağına görə kabel xətlərinin çəkilişinə fasilə verilmişdir. Yaxın günlərdə həmin ərazidə kabel xətlərinin çəkilişi başa çatacaq",-deyə açıqlamada qeyd olunub.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə məsələ nəzarətə götürülüb yaxın günlərdə bu məsələ öz həllini tapacaq.
Nərmin Balacayeva
21:06 / 04 Fevral 2026
10
21:03 / 04 Fevral 2026
22
20:53 / 04 Fevral 2026
20
20:48 / 04 Fevral 2026
64
20:46 / 04 Fevral 2026
32
20:31 / 04 Fevral 2026
107
20:27 / 04 Fevral 2026
30
20:24 / 04 Fevral 2026
86
20:18 / 04 Fevral 2026
84
20:16 / 04 Fevral 2026
50
20:08 / 04 Fevral 2026
54
20:06 / 04 Fevral 2026
150
19:56 / 04 Fevral 2026
244
19:50 / 04 Fevral 2026
41
19:39 / 04 Fevral 2026
231
19:33 / 04 Fevral 2026
152
19:26 / 04 Fevral 2026
106
19:14 / 04 Fevral 2026
70
18:47 / 04 Fevral 2026
74
18:36 / 04 Fevral 2026
80
18:28 / 04 Fevral 2026
124
18:21 / 04 Fevral 2026
101
18:12 / 04 Fevral 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.