SON DƏQİQƏ! Lalə Azərtaşın verilişi də bağlandı
17 Mart 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
30.12.2025, 23:58
“Haqqımızda yazdı, biz də onu məhkəməyə verdik. İndi gəlib 500 manatlıq cəriməsini ödəsin. O, cəriməni ödəsə həmin pulu aparıb yetim-yesirə verəcəyik”.
Bunu Musavat.com-a açıqlamasında yazıçı Anar şair İlham Qəhrəmanla məhkəmə çəkişməsindən danışarkən deyib. O bildirib ki, şair cəzasız qalmayacaq: “İlham Qəhrəman bir səhv edib, cəzasını da alacaq. Məhkəmə qərar çıxarıb, hara istəyirsə, müraciət etsin. Apelyasiya məhkəməsi isə hansı qərarı istəyirsə, çıxarsın, mənim nə borcuma”.
Qeyd edək ki, bu il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.
Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.
Həmçinin oxuyun
Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.
Şair "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmişdi.
İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət edib.
00:29 / 18 Mart 2026
69
00:08 / 18 Mart 2026
111
23:57 / 17 Mart 2026
68
23:39 / 17 Mart 2026
214
23:25 / 17 Mart 2026
133
23:11 / 17 Mart 2026
219
22:53 / 17 Mart 2026
167
22:46 / 17 Mart 2026
270
22:40 / 17 Mart 2026
75
22:16 / 17 Mart 2026
113
22:13 / 17 Mart 2026
773
22:08 / 17 Mart 2026
76
21:59 / 17 Mart 2026
384
21:57 / 17 Mart 2026
205
21:47 / 17 Mart 2026
61
21:43 / 17 Mart 2026
228
21:41 / 17 Mart 2026
59
21:37 / 17 Mart 2026
70
21:31 / 17 Mart 2026
730
21:30 / 17 Mart 2026
207
21:09 / 17 Mart 2026
4694
21:09 / 17 Mart 2026
258
20:59 / 17 Mart 2026
666
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.