Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
774
27.12.2025, 22:18
Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.
Oxu24.com xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.
2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.
Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.
Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.
Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən "Osaka, Kansai Ekspo 2025" Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.
Sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan istedadlarla eyni səhnəni bölüşüblər.
Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirilib.
Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.
00:49 / 16 May 2026
242
00:37 / 16 May 2026
258
00:00 / 16 May 2026
274
23:36 / 15 May 2026
233
23:31 / 15 May 2026
110
23:27 / 15 May 2026
98
23:25 / 15 May 2026
99
23:22 / 15 May 2026
111
23:20 / 15 May 2026
278
23:19 / 15 May 2026
260
23:19 / 15 May 2026
294
23:15 / 15 May 2026
228
23:09 / 15 May 2026
114
23:08 / 15 May 2026
106
23:04 / 15 May 2026
102
22:50 / 15 May 2026
103
22:44 / 15 May 2026
314
22:33 / 15 May 2026
277
22:24 / 15 May 2026
357
22:01 / 15 May 2026
581
21:31 / 15 May 2026
140
21:21 / 15 May 2026
213
21:10 / 15 May 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.