Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
15 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2874
25.12.2025, 10:55
Azərbaycan Dillər Universitetinin “Xarici dillərin tədrisi metodikası” kafedrasının dosenti Gülbəniz Camalova vəfat edib.
Oxu24.com xəbər verir ki,Gülbəniz Camalova 1963-cu il Qazax rayonunda anadan olub.
O, 1982-1987-ci illərdə Azərbaycan Dillər Universitenin fransız dili fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən ADU–da fransız dilini tədris etməyə başlayıb.Azərbaycanda fransız dilinin qorunub saxlanılması, inkişafı və təbliği sahəsində müstəsna xidmətləri olan görkəmli alim, pedaqoq və ictimai xadim olub.
O, uzun illər Azərbaycan Dillər Universitetində (ADU) Xarici Dillərin Tədrisi Metodikası kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib, fransız dilinin ali və orta təhsil müəssisələrində tədrisinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlər aparıb.
Gülbəniz Camalova fransız dilinin məktəblərdə və universitetlərdə tədrisinin qorunub saxlanılması və gücləndirilməsi üçün prinsipial mövqe nümayiş etdirib, bu sahədə maarifləndirmə və metodik dəstək fəaliyyətini daim ön planda saxlayıb.
Onun ADU-da fəaliyyəti xarici dillərin tədrisi metodikasının təkmilləşdirilməsinə, müasir yanaşmaların tətbiqinə və ixtisaslı kadr hazırlığına mühüm töhfələr verib.
O, eyni zamanda Azərbaycanda Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti kimi böyük şərəf və məsuliyyətlə fəaliyyət göstərib.
APFAZ çərçivəsində Gülbəniz Camalova fransız dili müəllimlərinin peşəkar inkişafının dəstəklənməsi, onların birgə fəaliyyətinin təşkili və fransız dilinin ölkə üzrə yayılması istiqamətində çoxsaylı layihələrin həyata keçirilməsinə rəhbərlik edib.
Miri Məcidli
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.