Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb
17 Mart 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
25.12.2025, 07:38
"Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür.
Oxu24.com xatırladır ki, təyyarə yerli vaxtla saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb.
İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib.
Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Nəticədə Azərbaycanın mülki təyyarəsi zədələnib.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau istiqamətini seçib.
Pilotların qəhrəmanlığı nəticəsində təyyarə Aktau şəhərinə qədər uçub, aeroporta 3 km qalmış təyyarə qəza enişi etməli olub.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Həmçinin oxuyun
Qəzada kapitan İgor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
Qəza xəbərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
Dövlət başçısı Bakıya qayıdan kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.
Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədov rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarənin həlak olan ekipaj üzvləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, dövlət başçısı onların vida mərasimində iştirak edib. Sağ qalan ekipaj üzvləri 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltib ediliblər.
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü baş tutub. Rusiya Prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.
19:19 / 17 Mart 2026
2
19:08 / 17 Mart 2026
27
18:55 / 17 Mart 2026
150
18:42 / 17 Mart 2026
51
18:31 / 17 Mart 2026
39
18:21 / 17 Mart 2026
40
18:11 / 17 Mart 2026
52
18:00 / 17 Mart 2026
154
17:53 / 17 Mart 2026
191
17:47 / 17 Mart 2026
323
17:39 / 17 Mart 2026
310
17:28 / 17 Mart 2026
317
17:24 / 17 Mart 2026
63
17:20 / 17 Mart 2026
212
17:05 / 17 Mart 2026
50
17:05 / 17 Mart 2026
503
16:35 / 17 Mart 2026
992
16:28 / 17 Mart 2026
117
16:27 / 17 Mart 2026
85
16:20 / 17 Mart 2026
69
16:14 / 17 Mart 2026
51
16:08 / 17 Mart 2026
226
16:00 / 17 Mart 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.