WUF13-də ADY ilə bağlı infosessiya keçiriləcək
16 May 2026, 18:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
24.12.2025, 22:14
Dünən həbsi ilə ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın faktiki rəhbəri, Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubovun Şüvəlan qəsəbəsindəki 15 hektarlıq bağı gündəm olub.
Oxu24.com Musavat-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır.
İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub.
"Google Maps"da bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.
Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı "Tarkhan" - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, "Sübhə" Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur.
Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd günbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir.
19:00 / 16 May 2026
11
18:49 / 16 May 2026
47
18:35 / 16 May 2026
57
18:22 / 16 May 2026
165
18:07 / 16 May 2026
56
17:56 / 16 May 2026
159
15:34 / 16 May 2026
73
15:15 / 16 May 2026
318
15:13 / 16 May 2026
92
14:31 / 16 May 2026
76
14:25 / 16 May 2026
80
14:15 / 16 May 2026
81
13:55 / 16 May 2026
97
13:33 / 16 May 2026
87
13:29 / 16 May 2026
315
13:25 / 16 May 2026
81
13:15 / 16 May 2026
82
12:55 / 16 May 2026
94
12:54 / 16 May 2026
402
12:39 / 16 May 2026
2357
12:36 / 16 May 2026
97
12:29 / 16 May 2026
93
12:27 / 16 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.