Bəzi ərazilərdə işıq olmayacaq
16 May 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
675
24.12.2025, 22:04
Bir müddət öncə, Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturunun yeniləndiyi bildirilmişdi. Aparılan dəyişikliklər çərçivəsində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. Struktur dəyişikliyinə əsasən, həmin sektorların fəaliyyəti icra başçılarının müavinləri tərəfindən həyata keçiriləcək. Həmçinin icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturu da yenilənib. Qərara əsasən, struktur dəyişiklikləri iki ay ərzində tamamlanacaq, ixtisar olunan əməkdaşlar isə Dövlət İmtahan Mərkəzi vasitəsilə digər dövlət qurumlarında işlə təmin ediləcəklər.
Modern.az məsələylə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, yerli icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul və vakant inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə uyğun olaraq həyata keçirilir. Bu vəzifələr müsabiqə, ümumi müsahibə və daxili müsahibə vasitəsilə tutula bilər.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər müsabiqənin müsahibə mərhələsində, vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər ümumi müsahibədə, vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər, 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (şöbə müdirləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər daxili müsahibədə iştirak edə bilərlər.
Qeyd edilib ki, Qanununa əsasən Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti (bundan sonra – yerli icra hakimiyyəti orqanları) başçılarının müavini vəzifələri istisna olmaqla, digər inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul müsabiqə, inzibati vəzifələrin tutulması isə müsabiqə, ümumi müsahibə və daxili müsahibə əsasında həyata keçirilir.
20:01 / 16 May 2026
1
19:53 / 16 May 2026
31
19:27 / 16 May 2026
57
19:00 / 16 May 2026
68
18:49 / 16 May 2026
66
18:35 / 16 May 2026
72
18:22 / 16 May 2026
189
18:07 / 16 May 2026
70
17:56 / 16 May 2026
188
15:34 / 16 May 2026
80
15:15 / 16 May 2026
345
15:13 / 16 May 2026
97
14:31 / 16 May 2026
81
14:25 / 16 May 2026
84
14:15 / 16 May 2026
86
13:55 / 16 May 2026
102
13:33 / 16 May 2026
93
13:29 / 16 May 2026
341
13:25 / 16 May 2026
89
13:15 / 16 May 2026
88
12:55 / 16 May 2026
99
12:54 / 16 May 2026
428
12:39 / 16 May 2026
2391
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.