Azərbaycanda həkim vəfat etdi
15 Noyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
19.12.2025, 08:55
Aparıcı Mətanət Əliverdiyeva ibtidai sinif şagirdlərinin hazırlığa göndərilməsi ilə bağlı valideynlərin narahatlığını dilə gətirib.
Oxu24.com xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb:
"Mənim 1-ci sinifdə oxuyan övladım yoxdur. Son zamanlar sosial şəbəkələrdə mənə yazırlar və görürəm ki, analar nədən şikayət edirlər. 1-ci sinif şagirdlərinin 6 yaşları olur. Amma 5 yaşından biz onları məktəbəqədər hazırlığa göndərdik ki, sonra dərslərini yaxşı oxusunlar. Amma bizim dövrümüzdə 7 yaş olmadan məktəbə götürmürdülər.
İbtidai sinif müəllimlərindən xahişim var. Uşaqlar hər şeyi qavramaq iqtidarında deyil. 6 yaşında olan uşağı hansısa fəndən zəif olduğu üçün hazırlığa göndərmək nə deməkdir? Bu uşaq olimpiadaya gedir, yoxsa universitetə hazırlaşır? Analara "mən bacarmıram, hazırlığa göndərin" söyləmək nə deməkdir axı? Bu tələb Sumqayıt məktəblərindən gəlir. Mən hələ Bakını kənara qoymuşam.
O vaxt bizim sinifdə 45 şagird var idi. Müəllimimiz hamımızı öyrədirdi. Məni evdə anam öyrətməmişdi. Müəllim özünü əziyyətə verib hər şeyi izah edirdi. Amma indi uşaq oxuya bilmir, müəllim deyir ki, uşağı hazırlığa qoyun. Niyə? Məktəb nə üçündür? Birinci sinifdir, 6 yaşı var.
Ona görə də siz hazırlıqlı olun, bunu hamıya şamil etmirəm. Mən dərslikdən, oradakı ağırlıqdan danışmadım. Amma bu yaşda uşağı məşğələyə göndərmək sizin hazırlıqsızlığınızdır. Ana cibindən pulu hazırlığa verəcəksə, ibtidai sinif müəllimi niyə maaş alır?
Yəqin ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bilmir. Bilsəydi, tədbir görərdilər. Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Onun işi az idi, biri də buradan çıxdı. Çünki valideynlər artıq neçə gündür ki, bu məsələ ilə bağlı müraciət edirlər".
12:55 / 15 Noyabr 2026
357
12:36 / 15 Noyabr 2026
184
12:28 / 15 Noyabr 2026
84
12:11 / 15 Noyabr 2026
92
11:52 / 15 Noyabr 2026
136
11:43 / 15 Noyabr 2026
86
11:29 / 15 Noyabr 2026
103
11:20 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
104
11:10 / 15 Noyabr 2026
98
11:07 / 15 Noyabr 2026
584
10:50 / 15 Noyabr 2026
106
10:25 / 15 Noyabr 2026
258
10:21 / 15 Noyabr 2026
106
10:18 / 15 Noyabr 2026
101
10:12 / 15 Noyabr 2026
133
09:35 / 15 Noyabr 2026
502
07:35 / 15 Noyabr 2026
209
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.