Generalın qızı başqa bir generalı məhkəməyə verdi
15 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
761
18.12.2025, 16:07
18 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun doğum günüdür.
Oxu24.com xəbər verir ki,Məmməd Bayramoğlu, diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir.
O,1939-cu il dekabrın 18-də Gürcüstan Respublikası Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuş, 1957-ci ildə həmin rayonun Gorarx kənd 11-illik məktəbini bitirmiş, həmin il V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, 1964-cü ildə AEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul olunmuş, 1967-ci ildə aspiranturanı bitirmiş və 1967-1969-cu illərdə riyaziyyat və mexanika institutunda kiçik elmi işçi, baş mühəndis vəzifələrində çalışmışdır. 1969-cu ildə həmin institutda akademiklər Fəraməz Maqsudov və Mirabbas Qasımovun rəhbərliyi ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik, 1987-ci ildə Tiflisdə Razmadze adına Riyaziyyat İnstitutunun elmi şurasında “Diferensial operator tənliklərin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor Məmməd Bayramoğlu 1964-cü ildən bu günə qədər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, “Operator diferensial tənliklər”, “Operatorların spektral nəzəriyyəsi”, “Adi diferensial tənliklər” şöbələrinin müdiri vəzifəsində işləmişdir.
O, 100-dən çox məqalənin müəllifidir, rəhbərliyi ilə 21 nəfər namizədlik, 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən 2009-cu ilə qədər İstanbul şəhərinin Yıldız Texniki Universitetində professor vəzifəsində işləmişdir. Həmin müddətdə 9 nəfər fəlsəfə doktoruna rəhbərlik etmişdir.
Nigarxanım
13:27 / 15 Noyabr 2026
1
12:55 / 15 Noyabr 2026
558
12:36 / 15 Noyabr 2026
209
12:28 / 15 Noyabr 2026
93
12:11 / 15 Noyabr 2026
97
11:52 / 15 Noyabr 2026
146
11:43 / 15 Noyabr 2026
90
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
605
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.