Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
17 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2871
18.12.2025, 15:02
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşları “Tərəqqi” medalı ilə təltif edib.
Oxu24.com xəbər verir ki,təltif olunanlar sırasında Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu da var.
Cavad-Zadə Mir-Riad Mir-Məmməd oğlu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnistitutunun dermato-venerologiya kafedrasının professorudur.
O,məşhur akademik Mir-Məmməd Cavadzadənin oğludur.
M.C.Cavadzadə respublikada çoxsaylı uroloji istiqamətlərin əsasını qoymuş və onun fəaliyyəti tibb elminin urologiya və operativ nefrologiyanın istiqamətləri: anesteziologiya problemləri; böyrək çatışmazlığı, onun patogenezi, konservativ və fəal müalicəsi; uşaq uronefrologiyası problemləri; urologiyada damar tədqiqatları və nefrogen hipertenziya problemlərinə dair tədqiqatlar aparılması, yeni diaqnostika və müalicə üsullarının işlənib hazırlanması ilə bağlıdır.
Akademik M.C.Cavadzadə respublika Ali Sovetinin 2 çağırış müddətinə deputatı, AR Səhiyyə Nazirliyinin baş uroloqu olmuş, “Azərbaycan Tibb jurnalı”nın, “Urologiya və nefrologiya” jurnalının redaksiya heyətinin üzvü, Beynəlxalq və Avropa Uroloqlar Cəmiyyətinin həqiqi üzvü, Purkine adına Tibb Cəmiyyətinin, Bolqarıstan Uroloqlar Cəmiyyətinin fəxri üzvü, RTEA-nın Urologiya üzrə Elmi və Problem şuralarının üzvü seçilib.
Alimin fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, o, “Şərəf nişanı” (1971), “Oktyabr inqilabı” (1981), “Lenin” (1987) və müstəqil Azərbaycanın “Şöhrət” (1997), “İstiqlal” (2007) ordenləri ilə təltif olunub.
Akademik Mir-Məmməd Cavadzadə 7 avqust 2008-ci ildə Bakıda vəfat edib.
Bakıda akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası fəaliyyət göstərir.
Miri Məcidli
19:32 / 17 May 2026
77
19:27 / 17 May 2026
94
19:12 / 17 May 2026
1074
19:02 / 17 May 2026
74
19:00 / 17 May 2026
65
18:43 / 17 May 2026
236
18:41 / 17 May 2026
73
18:39 / 17 May 2026
73
18:37 / 17 May 2026
72
18:35 / 17 May 2026
77
17:32 / 17 May 2026
179
17:28 / 17 May 2026
79
17:27 / 17 May 2026
82
17:25 / 17 May 2026
88
17:16 / 17 May 2026
476
17:14 / 17 May 2026
77
17:11 / 17 May 2026
84
17:08 / 17 May 2026
76
17:07 / 17 May 2026
76
17:05 / 17 May 2026
89
15:14 / 17 May 2026
83
15:00 / 17 May 2026
85
14:45 / 17 May 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.