Generalın qızı başqa bir generalı məhkəməyə verdi
15 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
812
18.12.2025, 13:19
Xəbər verdiyimiz kimi, özünü “təhsil eksperti” kimi təqdim edən Kamran Əsədov qəbul imtahanlarında abituriyentlərin ayaqqabısında gizli kamera, səsötürücü və nano qulaqcıq yerləşdirərək cavabların ötürülməsində ittiham olunur. Faktla bağlı onun barəsində cinayət işi açılıb və məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Oxu24.com xəbər verir ki, KONKRET.az-ın əldə etdiyi yeni məlumatlar qalmaqalın daha dərin qatlarını üzə çıxarır. Məlum olub ki, adı ağır cinayət ittihamlarında hallanan Kamran Əsədov az müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli tərəfindən fəxri diplomla təltif edilib.
Belə ki, İsa Həbibbəyli Kamran Əsədovu “Elmin populyarlaşdırılması sahəsində göstərdiyi xidmətlərə görə” mükafatlandırıb. Bu fakt haqlı suallar doğurur: elmi və təhsili bu gün acınacaqlı vəziyyətə salan, imtahan sistemini saxtalaşdırmaqda ittiham edilən bir şəxs hansı “xidmətlərinə” görə elm adına təltif olunub?
AMEA prezidenti İsa Həbibbəyli əsl ziyalıları, real elmi fəaliyyəti olan alimləri dəstəkləmək əvəzinə, təhsilə və elmə zərər vuran, bu gün isə cinayət məsuliyyətinə cəlb olunan şəxsləri himayə edib və onları müxtəlif diplomlar, fəxri fərmanlarla önə çəkib.
Bu hadisə bir daha göstərir ki, elm və təhsil sahəsində nüfuzlu postlarda əyləşən şəxslərin verdiyi qərarlar təkcə bir qurumun deyil, bütövlükdə cəmiyyətin gələcəyinə ciddi zərbə vurur. Təhsildə korrupsiyanın, saxtakarlığın dərinləşməsinin arxasında məhz bu cür “mükafatlandırma siyasəti”dayanır.
Qeyd edək ki, məsələ ilə bağlı AMEA rəhbərliyi və şəxsən İsa Həbibbəyli tərəfindən indiyədək hər hansı açıqlama verilməyib.
13:27 / 15 Noyabr 2026
13
12:55 / 15 Noyabr 2026
577
12:36 / 15 Noyabr 2026
212
12:28 / 15 Noyabr 2026
95
12:11 / 15 Noyabr 2026
99
11:52 / 15 Noyabr 2026
147
11:43 / 15 Noyabr 2026
92
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
609
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.