Bakıda kompensasiyaların verilməsində diferensial yanaşmanın tətbiqi təklif olunub
13 Mart 2026, 13:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
894
18.12.2025, 11:12
“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün mühüm və yadda qalan hadisələrlə zəngin olub.
Onun sözlərinə görə, ilin ən əlamətdar hadisələrindən biri 24 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu olub:
"Bu forum göstərdi ki Türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də vətəndaş cəmiyyətlərinin həmrəyliyindən keçir. Bu baxımdan, Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarıı ilə əməkdaşlığa böyük önəm verir. 2025-ci ili uğurlu il hesab edirəm. Həm dövlətimiz, xalqımız üçün, həmdə rəhbəri olduğum təşkilatımız üçün uğurlu oldu. “Şəhid Analarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin qalibi olub. Bu il bizim təşkilat çoxlu sayda tədbirlərin təşkilatçısı və iştirakçısı olub.
“Konstitusiya və Suverenlik ili“ çərçivəsində Apel döyüşləri şəhidlərinin qəhrəmanlığı” adlı layihəmizi bir neçə şəhər və rayonlarda - Sumqayıt şəhərində, Xaçmaz, Masallı və Qobustan rayonlarında yüksək səviyyədə keçirilməsini təmin etdik".
Həmçinin oxuyun
QHT sədri qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzində layihədənkənar tədbirlərimizdən hesab edilən Aprel döyüşlərinin ildönümünə və şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “Qəhrəmanlar Anası” adlı ədəbi-bədii gecə keçirildi:
"Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş ”Şanlı Zəfər Tariximiz” adlı tədbirin Sumqayıt şəhərində, Abşeron və Xaçmaz rayonlarında keçirilməsini təmin etdik. Belə tədbirlərin keçirilməsində məqsəd şəhidlərin əziz xatirəsini daim yaşatmaq, gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək və eyni zamanda şəhidlik zirvəsinə yüksələn bu qəhrəmanları dünyaya gətirən müqəddəs varlıqları - şəhid analarını cəmiyyətimizə təqdim etməkdir".
13:17 / 13 Mart 2026
6
13:03 / 13 Mart 2026
110
13:01 / 13 Mart 2026
30
12:55 / 13 Mart 2026
130
12:47 / 13 Mart 2026
55
12:33 / 13 Mart 2026
43
12:33 / 13 Mart 2026
51
12:31 / 13 Mart 2026
41
12:28 / 13 Mart 2026
70
12:23 / 13 Mart 2026
1023
12:13 / 13 Mart 2026
38
12:09 / 13 Mart 2026
263
12:05 / 13 Mart 2026
43
12:00 / 13 Mart 2026
52
11:55 / 13 Mart 2026
109
11:55 / 13 Mart 2026
48
11:42 / 13 Mart 2026
53
11:26 / 13 Mart 2026
49
11:23 / 13 Mart 2026
51
10:47 / 13 Mart 2026
65
10:21 / 13 Mart 2026
74
10:18 / 13 Mart 2026
69
10:01 / 13 Mart 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.