Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2939
16.12.2025, 23:04
Azərbaycanın uğurlu diplomatları barədə silsilə yazılarımızı davam etdiririk.
Bu dəfə Tural Rzayev barədə məlumatı təqdim edəcəyik.
Tural Anar oğlu Rzayev 2022-ci ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Oxu24.com Tural Rzayevin dosyesini sizə təqdim edir:
Tural Anar oğlu Rzayev 1963-cü ildə anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub. Universitetin Şərqşünaslıq fakültəsinin məzunudur. Tural Rzayev ərəbşünas və diplomatdır.
Diplomatiyaya gəlməzdən əvvəl o, jurnalistika sahəsində çalışıb, AzərTAC-ın müxbiri işləyib. O, eyni zamanda atası kimi yazıçı və tərcüməçidir. 2009-da Tural Anaroğlu imza ilə “Tənha mələk” adlı kitabı çıxıb.
Tural Rzayev sonralar fəaliyyətini diplomatiya sahəsində davam etdirib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.
2010-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Bu gün peşəkar diplomat olan Tural Rzayev rus, ərəb, türk və ingillis dillərini bilir.
Yazıçı-diplomat Tural Anaroğlunun “Tənha mələk” kitabında “Bir günlük müharibə və ya otuz beş silahlı əsgər” adlı hekayəsi yəni tanınmış, vəzifəli şəxslərin balalarının əsgərlikdə özlərini necə aparmaları, onların danışıq tərzləri, baş verən hadisələr sətiraltı mənalarla təsvir olunub. Onları “Tapşovannılar” adlandıran Tural yazıçıya məxsus yumorla vəzifəli şəxslərin balalarının bostanına daş atıb.
Hazırladı: Nigarxanım
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.