Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
17 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
23585
17.12.2025, 14:53
Araşdırmamızda bu dəfə Azərbaycan Universiteti var.
Oxu24.com xəbər verir ki, bu ali təhsil müəssisəsinə hazırda Səadət Əliyeva rəhbərlik edir.
Səadət Namiq qızı Əliyeva 13.09.1986-cı ildə Bakı şəhərində anadan olub.
1993-2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil alıb. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirib.
Ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetindən Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə bakalavr dərəcəsi, 2011-ci ildə Azərbaycan Dillər Universitetindən Dilşünaslıq (ingilis dili) ixtisası üzrə magistr dərəcəsi alıb.
Səadət Əliyeva əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində başlayıb. 2008–2009-cu illər arasında Dillər kafedrasında laborant, 2009–2013-cü illər arasında Dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2013–2017-ci illərdə Dillər kafedrasında müdir müavini olaraq fəaliyyət göstərib. 13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.
Ailəlidir, dörd övladı var.
8 ildir ki, Azərbaycan Universitetinin (AU) rektoru vəzifəsində çalışır.
Qeyd edək ki, Səadət Əliyeva sabiq mərhum nazir Fazil Məmmədovun bacısı qızıdır. Səadət Əliyevanın yüksəlişində sabiq nazirin əməyi böyük olub. Nüşabə Quliyeva universitetin rektor müşaviridir. O,idarəçilikdə əsas rol oynayan şəxslərdəndir.
Xəbər əlavə olunub: 17.12.2025
Qeyd olunan informasiya saytda yayımlandıqdan sonra Azərbaycan Universiteti tərəfindən Oxu24.com-a yazılı müraciət daxil olub.
Universitetin rektoru Səadət Əliyevanın imzası ilə daxil olan məktubda Azərbaycan Universitetinin yazının son abzasında yer alan Nüşabə Quliyevanın idarəçilikdə fəal iştirak etməsi hissəsinə etiraz edildiyi qeyd olunub.Universitet bu məlumatın doğru olmadığını bildirib.
Hazırladı: Nigarxanım
19:32 / 17 May 2026
96
19:27 / 17 May 2026
118
19:12 / 17 May 2026
1745
19:02 / 17 May 2026
88
19:00 / 17 May 2026
87
18:43 / 17 May 2026
453
18:41 / 17 May 2026
88
18:39 / 17 May 2026
86
18:37 / 17 May 2026
86
18:35 / 17 May 2026
103
17:32 / 17 May 2026
220
17:28 / 17 May 2026
91
17:27 / 17 May 2026
93
17:25 / 17 May 2026
100
17:16 / 17 May 2026
583
17:14 / 17 May 2026
89
17:11 / 17 May 2026
95
17:08 / 17 May 2026
88
17:07 / 17 May 2026
90
17:05 / 17 May 2026
99
15:14 / 17 May 2026
94
15:00 / 17 May 2026
95
14:45 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.