Qaynar xətt:

(+99450) 247 90 86

Cinayət işi açıldı,Türkiyəyə qaçdı    —   ŞOK DETALLAR

news/2025_11_20/qacdi_1763629573.jpg

CƏMİYYƏT

869

20.11.2025, 13:00

Bakı şəhərində “Ada Fabrik” adı altında guya hər növ mebellərin sifarişi və satışı ilə məşğul olan dələduz dəstənin peyda olmasına dair məlumat vermişdik.

Oxu24.com   xəbər  verir   ki, mebel fırıldaqçılarının toruna düşən Bakı şəhəri,Binəqədi rayonu,Xocasən qəsəbə sakini Azər Orucovun şikayəti əsasında Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları işin ilkin təhqiqatını tamamlayıb,istintaqa təhvil verib.

Bir daha xatırladaq  ki,xüsusi ilə "tiktok" platformasında bu kimi  hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek"  profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və  "İnstagram"  (Bu linkədə)platformalarında paylaşılan  elanlarda  vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan  səhifə adminləri  bu yolla növbəti qurbanlarını tora salırlar.

Azər  Orucov  bildirib ki,sözügedən şəxslərin qurduğu tələyə düşüb.O,051 593 85 14  "WhatsApp"  nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin  təqdim etdiyi  kart hesabına  750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y  adlı şəxsə məxsusdur) ödəniş edib.

 

Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün hətta,nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.

"Sifarişi götürən şəxs telefon danışığı zamanı  bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da  eyni olduğu üçün onlara inandım. İşlətdikləri  "whatsapp" hesabının profil  şəklində də "Ada fabrik"  sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə  750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxslər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə  vətəndaş bildirib.

Şikayətçi onu da bildirib ki,Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində onun şikayəti nəsasında mebel fırıldaqçıları barədə aparılan işin təhqiqatı tamamlanıb.İş hazırda istintaq mərhələsindədir.Məhkəmənin qərarı əsasında kart sahiblərinin kimliyi bəlli olub.İşin əsas təşkilatçısı Məmmədov Tural Qoşqar  oğlu isə istintaqdan yayınaraq Türkiyə Respublikasında gizlənib.O,Gədəbəy rayonunun Novoivanovka  kənd sakinidir.

Hazırladı: Miri Məcidli