Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
928
17.11.2025, 19:29
Müğənni Nura Suri yenidən paylaşım edib.
Oxu24.com xəbər verir ki,müğənni bu paylaşımı son günlər Mədəniyyət Nazirliyi ilə yaşanan qalmqal fonunda paylaşıb.
Müğənninin statusunu tıqdim edirik:
"Görürəm ki, mövzu və gündəm məqsədli şəkildə dəyişdirilir və korrupsiya ittihamlarını ört-basdır etmək üçün mediada fəxri adlar mövzusu qabardılır. Bu səbəbdən burada açıq şəkildə bildirirəm: mənə heç bir fəxri ad lazım deyil. Həmçinin şikayət edən sənətçilərin heç biri fəxri ad almaqla bağlı hansısa açıqlama verməyib. Mən sadəcə bildirdim ki, vaxtilə mənə nəyin müqabilində belə bir təklif olunmuşdu. Buna görə də dedim ki, aşağıda qeyd etdiyim meyarlara əsasən araşdırma aparılsın və baxılsın: kimin təqdimatı haradan və necə gedib.
Mən dövlətimizin ədalətinə inanıram və işıqlandırdığımız məsələlərlə bağlı hər hansı araşdırma aparılacağı təqdirdə bu işdə köməklik göstərməyə hazıram.
Konsert keçirmək üçün ilk növbədə maddi dəstək əsas şərtlərdən biridir. Dövlət dəstəyi ilə konsertlər isə yalnız müəyyən kateqoriyaya aid sənətkarlar üçün mümkündür. Şəxsən mənim belə konsertlər təşkil etməyə maddi imkanım yoxdur. Vaxtilə imkanım olanda isə qarşıma çıxan maneələrə görə bu arzum reallaşmadı. Fəxri adı olan, lakin heç vaxt konsert verməyən sənətçilər də kifayət qədərdir.
Aşağıda göstərilən əsas meyarlardan biri isə əxlaq və reputasiyadır. Vaxtında böyük problemləri olan, hətta ölkəni tərk edib getmək istəyən, qeyri-etik davranışları və əxlaqı ilə gündəmdə olan şəxslərin də fəxri ad aldığı ortadadır. Əgər bu meyarlar əsas götürülürsə, o zaman jurnalist araşdırması aparılsın - heç olmasa bu sahədə obyektivlik təmin edilsin.
Xahiş edirəm, mövzunun mahiyyətini dəyişməyin. Hər hansı qurumların təzyiqi və təsiri altında əsas problemlərdən diqqəti yayındırmayın, hörmətli media nümayəndələri".
Qeyd edək ki,Mədəniyyət Nazirliyi bu gün iddialarla bağlı rəsmi açıqlama yaymışdı.
Nigar
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.