Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
906
06.11.2025, 15:41
Ötən gün Azərbaycanda dağınıq skleroz xəstəliyindən (MS) əziyyət çəkən şəxslərin şikayəti barədə məlumat vermişdik.
Oxu24.com-a müraciət edən Zaur Həmidov dövlət hesabına verilən "Avonex" iynəsinin tam miqdarda TƏBİB tərəfindən verilmədiyini bildirmişdi.
Qeyd edək ki,sözügedən iynənin qiyməti 1100-1200 AZN-dir. Bu,iynələr TƏBİB tərəfindən verilməlidir.
Oxu24.com-un yaydığı bu informasiya ilə bağlı TƏBİB açıqlama verib.
Saytın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, qeyd edilən dərman vasitəsinin tam effektiv olmadığı pasiyentlər üçün alternativ dərman preparatarı təyin edilir.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslərin dərman təminatının optimallaşdırılması istiqamətində zəruri addımlar atılır.
Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsindən dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslərin siyahısı və dərman təminatı barədə tələbnamə göndərilir. İnnovasiya və Təchizat Mərkəzi tərəfindən müvafiq tələbnamə əsasında satınalma həyata keçirilir və dərman vasitələri tibb müəssisəsinə təqdim edilir.
Pasiyentlərin dərmanla təmin olunması mütləq şəkildə həkim rəyi əsasında həyata keçirilir. Qeyd edilən dərman vasitəsinin tam effektiv olmadığı pasiyentlər üçün alternativ dərman preparatarı təyin edilir. Tibb müəssisələri dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslər üçün lazım olan dərman vasitələri ilə tam təmin olunub.
Qeyd edək ki, müvafiq Dövlət Proqramı çərçivəsində dağınıq skleroz xəstəliyinin ağırlaşma hallarının qarşısının alınması, dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi, dağınıq skleroz xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması, dağınıq skleroz xəstəliyinin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin dərman preparatları ilə davamlı təminatı ilə təmin edilir",-deyə TƏBİB-dən bildirilib.
Miri Məcidli
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.