Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
23 May 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
15440
05.11.2025, 19:15
Xəbər verdiyimiz kimi,AZTV-nin sədri Rövşən Məmmədovun adı son günlər mediada qalmaqallarda hallanır.
Oxu24.com xəbər verir ki,yayılan xəbərlərlə bağlı REAL TV-nin rəhbəri Mirşahin Ağayev öz mövqeyini bildirib.
O,facebook profilində bununla bağlı paylaşım edib.
Sözügedən statusu təqdim edirik:
Son günlər sosial şəbəkələrdə qaranlıq güruh Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar cəmiyyətinin sədri Rövşən Raqifoğlunun linçlənməsinə start verib. Bəli, burası doğrudur ki, Hesablama Palatası AzTv-də işləyib, müəyyən məsələlərlə bağlı məlumat yayıb. AzTv də həmin faktlarla bağlı mövqeyini açıqlayıb. Əminəm ki, bütün problemlər, suallar ədalətli şəkildə öz həllini tapacaq. Dövlət Əsasdır! Bu baxımdan qətiyyən narahat deyiləm! Məqsədim başqadır. Mən Rövşənin-çox istedadlı həmkarımın, Azərbaycançılığı, Prezident İlham Əliyevin kursuna, dövlətə sədaqəti zərrə qədər də şübhə doğurmayan Əsl Vətəndaşın məruz qoyulduğu təhdid və çirkin linçləməyə toxunmaq istərdim. Bu nə fürsətcillikdir belə?AzTv-nin sədrini qaralamağa çalışanlar: son vaxtlar xüsusi fəallaşmış qüvvələrin xoruna, o cümlədən vətəndənkənarların xaric xoruna qoşulanlar, Sosial Şəbəkələrdəki bəzi telebudka baqqalları, bu platformanın dırnaqiçi “ziyalıları (Oxu: Züyalıları!), “Məqamdı!” deyə Rövşən Məmmədovun yoluna cumanlar Dövlətin Əsas Rəsmi Kanalının uğurlarını sadəcə görməzliyə vururlar! Bu təkcə ədalətsizlik deyil, həm də riyakarlıqdır! Onların riyakarlığını sübut etmək üçün indikator göz qabağındadır! “Tural Sadıqlı-Azad Söz”, “Sevinc Mirzəyeva- “Osmanqızı”, Qurban Məmmədov-“AzerFreedom” və s. belə özünü teleadlandıran Qabil Məmmədovlara, yan düdüklərinə bircə dəfə də cavab verməyən qorxaqlar, mövqesizlər Rövşənə ağız atmağa cürətlənirlər. Dövləti quduz köpəklərdən qorumağa cəsarəti çatmayanlar AzTv-nin Öz Mövqeyini bildirməkdən heç vaxt çəkinməyən sədrini-Rövşən Məmmədovu hədəf seçiblər! Rövşən Məmmədovun səhvi sizin düzünüzdən düzdür!
Nigar
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.