Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1424
03.11.2025, 13:10
Ramiz Əzizbəylinin kürəkəninin aldatdığı daha bir şəxs üzə çıxıb.
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduzluğa məruz qaldıqlarını bildirən daha bir şəxs bu barədə mediaya müraciət ediblər.
Söhbət mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə Mirzəcan oğlundan gedir.
Oxu24.com xəbər verir ki,bu barədə CityPost.az-a müraciət edən vətəndaş Mirəli Elşən oğlu Cəfərovun anası Pərvanə Cəfərova bildirib.Onun sözlərinə görə,oğlu Mirəli Cəfərov Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə tərəfindən dələduzluğa məruz qalıb.
“Oğlum Mirəli bu işdə adı hallanan Sahil Qasımlı və Boran Qasımlı qardaşları ilə dostluq edirdi.Onlar oğluma bildiriblər ki,yaxşı qazanc əldə etmək üçün yeni iş qurulur.İşin başında isə Rüfət Qasımzadənin dayandığını bildiriblər.Oğlumu inandırıblar ki,qızıl işinə pul qoymaqla daha çox qazanc əldə edə biləcəklər.Bu məqsədlə,iş qurmaq adı ilə oğlumdan Qasımlı Sahil 2022-ci ilin dekabrında 9500 ABŞ dolları məbləğində pul aldı.Pulu bizdən alanda dedilər ki, qazanc müəyyən məbləğə çatdıqdan sonra yeni açılacaq qızıl mağazasına oğlum rəhbərlik edəcək.Ümumilikdə onlar fırıldaqçılıq yolu ilə bizdən 50 min dollar pul aldılar. Qazancı soruşduqda müxtəlif bəhanələrlə müddəti uzatmağa başladılar.Vaxt çatanda ortada heç bir pul,qazanc olmadığını gördük.Başa düşdük ki,bu qrup tərəfindən aldadılmışıq.Sonradan eşitdik ki, Rüfət Qasımzadə və digərləri bu yolla bir neçə vətəndaşı da aldadıblarmış.Bundan sonra polisə şikayət etdik.Ümid edirik ki,Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin başçılıq etdiyi bu şəbəkənin qarşısı tezliklə alınacaq və bizlərə dəymiş maddi ziyan ödəniləcək.
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.