Günay Ağamalı mandatdan məhrum oluna bilər?
24 May 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4018
27.10.2025, 10:48
Oxu24.com saytı ötən həftə Ramiz Mehdiyevin komandası ilə sıx əlaqələri olan şəxslərlə bağlı araşdırma təqdim etmişdi. Həmin yazıda keçmiş deputat,iş adamı Əsabil Qasımovun da R.Mehdiyevin "krişalığı"nda olduğu iddia olunurdu.Məsələ ilə bağlı sayta açıqlama verən Əsabil Qasımov Mehdiyevləri düşmən adlandırmışdı və əlaqələrinin olmasını təkzib etmişdi.
Qeyd olunan müzakirələr fonunda Ramiz Mehdiyevin kürəkəni,keçmiş deputat İlham Əliyev açıqlama verib.
Oxu24.com xəbər verir ki, CityPost.az saytına danışan İ.Əliyev şəriki olduğu deyilən Əsabil Qasımovun ünvanına sərt ifadələr səsləndirib.
Saytın yayımladığı müsahibədən sitat:
"O,bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan,ayaqqabımızı cütləyən adam olub.Mən Prokurorluq orqanlarında və digər dövlət strukturlarında çalışmışam,deputat olmuşam.Bu tip adamların nəyə qadir olduğunu yaxşı bilirik.Əsabil şahmat oyunundakı piyada əsgər kimi bir şeydir.Onunla düşmənçilik etməyi özümə rəva bilmərəm.Bu gün tərəfimdən onun haqqında daha çox bəhs etmək,onu şərəfləndirmək kimi şey olar.
Fotoda iş adamı Əsabil Qasımov və R.Mehdiyevin kürəkəni İlham Əliyev.
Elə etməsin ki,açım sandığı,töküm pambığı...Bir qədər də dərinə getsə,vaxtı ilə yaltaqcasına bizim məclisdə ayaqda oturub,şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb,onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdırım”,-deyə o bildirib.
Sayt daha sonra yazır ki,bu komandada digər iş adamı da təmzil olunur.Söhbət “Lux Residence” şirkətinin sahibi Afiq Rəhmanovdan gedir.
Sitat:"Afiq Rəhmanovu Ramiz Mehdiyevin siyasi və informativ təsir dairəsinə cəlb edən keçmiş nəqliyyat naziri,özünü yatmış ilan adlandıran Ziya Məmmədovun sabiq deputat qardaşı Elton Məmmədov olub.Afiq Rəhmanov uzun müddət Rusiyada yaşayıb,orada da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.Onun Ramiz Mehdiyevin “qara kassası” Elton Məmmədovla tanışlığının tarixçəsi sonuncunun sözlərinə görə,oralara gedib çıxır.Mənbə onu da bildirdi ki,Afiq Rəhmanovun qardaşı Elçin Rəhmanov illər öncə Rusiyada öz şəriklərinin əli ilə qətlə yetirilib.İmişlidə Afiq Rəhmanova məxsus “Elçin”adlı məşhur otel,şadlıq sarayı və restoran kompleksi fəaliyyət göstərir".
Oxu24.com yazıda adları hallanan şəxslərin mövqeyini təqdim etməyə hazırdır.
17:50 / 24 May 2026
1
17:17 / 24 May 2026
64
17:09 / 24 May 2026
75
16:49 / 24 May 2026
70
16:40 / 24 May 2026
247
16:00 / 24 May 2026
86
14:57 / 24 May 2026
99
14:47 / 24 May 2026
155
14:43 / 24 May 2026
375
14:36 / 24 May 2026
125
14:30 / 24 May 2026
324
14:23 / 24 May 2026
123
14:18 / 24 May 2026
86
14:08 / 24 May 2026
90
14:06 / 24 May 2026
1863
14:03 / 24 May 2026
93
13:38 / 24 May 2026
116
13:06 / 24 May 2026
116
12:47 / 24 May 2026
110
12:22 / 24 May 2026
234
11:57 / 24 May 2026
236
11:40 / 24 May 2026
216
11:05 / 24 May 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.