Polis ov tüfəngləri aşkar etdi
15 Yanvar 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6043
21.10.2025, 11:15
“Ramiz Mehdiyev və onun bandasına olan yanaşmada bu günlər məni dəhşətə gətirən bəzi halları görəndən sonra yazılarımda dəyişikliklər etmək qərarına gəldim. Ona görə ki, vaxtilə R.Mehdiyevə görə üzümə duranlar, məhkəmələrə verənlər və buna görə vəzifə, mənzil, fəxri adlar alanlar bu gün “R.Mehdiyevə qarşı mübarizə aparmışlar” rolundadırlar”.
Oxu24.com xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb.
Hüquqüşünas qeyd edib ki, vaxtilə Misir Mərdanov təhsil naziri olduğu dövrdə Sumqayıt hadisələrinin təbliğatı ilə bağlı ona müraciət edib. Pepperoni pizza
“Bu gündən etibarən hansı vəzifəli şəxslərlə R.Mehdiyev haqqında hansı söhbətlərim olduğunu, hansı vəzifəli şəxslərin ölkə Prezidentinin mənim Dövlətçiliklə bağlı təkliflərimə aid olan göstərişlərini yox, R.Mehdiyevin göstərişlərini necə icra etmələrini faktlarla açıqlayıb onlardan cavab istəyəcəm”, - A.İsmayılov bildirib.
Vəkil vurğulayıb ki, hələlik isə bunların aralarında hörmətlə yanaşdığı, başqaları kimi bu gün "niyə vaxtında susurdun" demədiyi Misir Mərdanovdan başlamaq istəyir: “Misir Mərdanovun o vaxtlar birbaşa R.Mehdiyevin kurasiyasında olduğu uzun illər ərzində nələr çəkdiyini və təhsil sahəsində gücü çatdığı çərçivələrdə hansı müsbət işlər gördüyünü çox yaxşı bilirəm. Bu gün o dövrlər üçün ən az qınanılası şəxslərdən biri də məhz Misir Mərdanovdur.
Həmçinin oxuyun
İndi çox istərdim ki, Misir müəllim bizim 2010-cu il təxminən iyul aylarında baş tutan görüşümüzdə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabı ilə bağlı apardığımız müzakirəni ictimaiyyətə çatdırsın. Hər ehtimala qarşı bizim onunla olan söhbətimizi və sonrakı hadisələri qısa burada xatırladıram.
Həmin görüşdə Sumqayıt hadisələrinin Qriqoryanla bağlı Bakıda Ali Məhkəmədə baxılan işdə prokuror kimi çıxış etdiyimi və hadisələrin SSRİ rəhbərliyi, DTK-sı tərəfindən təşkil edildiyini, SSRİ Prokurorluğu tərəfindən baş verənlərin necə saxtalaşdırıldığını kitabda olduğu kimi təsvir etdiyimi bildirdim. Bu gün Azərbaycan gəncliyi həqiqətən Sumqayıtda nələrin baş verdiyini bilmədiklərindən onların maarifləndirilməsi vacibliyini vurğuladım. Xahiş etdim ki, xarici görüşlərdə dünya ictimaiyyəti Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyi kimi qəbul edir, ona görə də kitabda olanlar heç olmasa qısa şəkildə tədris olunsun ki, bizim gənclər xaricə gedəndə görüşlərində faktlarla izah edə bilsinlər. Həm də bu kitabla bağlı 9-10-cu sinif şagirdləri üçün mənimlə məktəblərdə görüşlər təşkil edilməsində yardımçı olsun ki, o hadisələrin canlı şahidi kimi baş verənləri izah edim. Misir müəllim hadisələrin mahiyyətini bilən kimi xeyli təəccübləndi və təkliflərimi məmnuniyyətlə qəbul etdi. Əlavə olaraq bildirdi ki, o, özü də bu işdə bacardığı köməklikləri edəcək”.
A.İsmayılov vurğulayıb ki, sözügedən hadisələrlə bağlı təşkil olunan görüşlər naməlum səbəblərdən dayanıb:
“Həqiqətən də, bundan az sonra mənə Nərimanov təhsil şöbəsindən zəng gəldi və bir neçə aylıq Bakı məktəblərində hər həftə keçiriləcək görüşlərin vaxtı və siyahısı təqdim olundu. İlk görüşüm təxminən Həsən Əliyev küçəsində yerləşən məktəbdə baş tutdu. Görüşdə məktəbin bütün 9-10 sinif şagirdləri iştirak etdilər. Həmin görüşün təşkilatçısı, indi dəqiq yadımda deyil, ya direktoru, yaxud “zavuç”u görüşün 2 saatdan artıq davam etdiyini, uşaqların məmnuniyyətlə dinlədiyini görüb çox təəcüblənmişdi ki, bu günə qədər şagirdlərin marağına səbəb olan belə görüş olmamışdı. Bu görüşdən az sonra Nərimanov təhsil şöbəsindən zəng gəldi və bildirdilər ki, bir daha belə görüşlər olmayacaq. Çox istərdim ki, Misir müəllim bunun səbəbləri barədə ictimaiyyəti məlumatlandırsın”.
10:39 / 15 Yanvar 2026
47
10:38 / 15 Yanvar 2026
13
10:36 / 15 Yanvar 2026
14
10:34 / 15 Yanvar 2026
21
10:20 / 15 Yanvar 2026
21
10:11 / 15 Yanvar 2026
150
09:48 / 15 Yanvar 2026
81
09:43 / 15 Yanvar 2026
95
09:40 / 15 Yanvar 2026
63
09:38 / 15 Yanvar 2026
92
09:25 / 15 Yanvar 2026
101
09:11 / 15 Yanvar 2026
119
08:52 / 15 Yanvar 2026
696
08:36 / 15 Yanvar 2026
59
01:51 / 15 Yanvar 2026
306
00:59 / 15 Yanvar 2026
149
23:58 / 14 Yanvar 2026
147
23:54 / 14 Yanvar 2026
196
23:39 / 14 Yanvar 2026
174
23:35 / 14 Yanvar 2026
134
23:30 / 14 Yanvar 2026
234
23:23 / 14 Yanvar 2026
117
23:18 / 14 Yanvar 2026
520
23:10 / 14 Yanvar 2026
1856
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.