Öskürəyə qarşı ən yaxşı təbii VASİTƏLƏR
12 Yanvar 2026, 00:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
20.10.2025, 11:34
Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edib.
Bu barədə Oxu24.com-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər.
"Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.
Həmçinin oxuyun
Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir. Buna görə də vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edirik. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq.
Bu vətəndaşlıq nümunəsində cəmiyyətin hər bir üzvünün dəstəyi önəmlidir. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik".
00:39 / 12 Yanvar 2026
32
00:19 / 12 Yanvar 2026
92
00:07 / 12 Yanvar 2026
44
23:49 / 11 Yanvar 2026
66
23:25 / 11 Yanvar 2026
45
23:00 / 11 Yanvar 2026
116
22:47 / 11 Yanvar 2026
58
22:45 / 11 Yanvar 2026
116
22:30 / 11 Yanvar 2026
2082
22:18 / 11 Yanvar 2026
87
22:08 / 11 Yanvar 2026
65
21:55 / 11 Yanvar 2026
77
21:45 / 11 Yanvar 2026
1081
21:30 / 11 Yanvar 2026
96
21:18 / 11 Yanvar 2026
79
21:05 / 11 Yanvar 2026
80
20:48 / 11 Yanvar 2026
86
20:33 / 11 Yanvar 2026
105
20:30 / 11 Yanvar 2026
84
20:15 / 11 Yanvar 2026
93
19:54 / 11 Yanvar 2026
145
19:28 / 11 Yanvar 2026
121
19:19 / 11 Yanvar 2026
130
19:05 / 11 Yanvar 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.