Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2677
20.10.2025, 09:53
Ötən həftə sosial şəbəkə və mətbuatda ağır cinayətlərə görə məsuliyyətə cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya Prezidenti Vladimir Putinlə eyni masa ətrafında oturduğu əks olunan foto yayılıb.
Mətbuatda yayılan məlumatlara görə, Mehdiyev dövlət çevrilişi planı hazırlayıb və plan Moskvada müəyyən dairələrə təqdim olunub. Onun hətta Dövlət Şurası yaratmaq istədiyi, hətta həmin Şuranın üzvlərinin də kimliyinin bəlli olduğu bildirilir.
Bu konteksdə Rusiyada müəyyən dairələrlə əlaqədə olduğu şübhə doğurmayan Mehdiyevin Putinlə birgə fotosu marağa səbəb olub.
Oxu24.com xəbər verir ki, Modern.az fotonun tarixçəsini araşdırıb.
Araşdırmamıza görə, foto 2002-ci ilin mart ayında çəkilib.
Həmin illərdə “Qafqaz dördülüyü” adlı təşəbbüs yaradılmışdı. Bura Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan daxil idi. Bu format 1996-cı ildə yaradılmışdı, ancaq ömrü uzun olmadı.
Foto çəkilən zaman “Qafqaz dördülüyü” ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin Rusiyanın Soçi şəhərində görüşü keçirilirdi. Putin də görüşə qatılmışdı.
Mehdiyev həmin illərdə Prezident Administrasiyasına (həmin dövrdə Prezident Aparatı adlanırdı-red.) rəhbərlik etməklə yanaşı, həm də Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyırdı.
Kremlin yaydığı rəsmi məlumata görə, görüşün məqsədi Cənubi Qafqazda sabitliyin qorunması, terrorizmə qarşı mübarizənin gücləndirilməsi və regional əməkdaşlıq mexanizmlərinin müzakirəsi olub. Görüşdə Qarabağ məsələsinə də toxunulmuşdu.
Onu da qeyd edək ki, görüşdə Ermənitanı Serj Sarkisyan təmsil edirdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi olan Sarkisyan bir neçə sonra prezident seçilmişdi.
Rusiya hələ Gürcüstan ərazilərini işğal etməmişdi, iki ölkə arasında münasibətlər normal hesab edilirdi. Gürcüstanı Milli Təhlükəsizlik Şurasının katibi Tedo Caparidze təmsil edirdi.
Masadakı beşinci şəxs isə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylodur.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
00:05 / 25 May 2026
129
00:01 / 25 May 2026
257
00:01 / 25 May 2026
318
23:58 / 24 May 2026
204
23:36 / 24 May 2026
429
23:32 / 24 May 2026
562
23:23 / 24 May 2026
189
23:13 / 24 May 2026
240
23:13 / 24 May 2026
589
23:03 / 24 May 2026
276
22:43 / 24 May 2026
107
22:18 / 24 May 2026
115
22:04 / 24 May 2026
418
21:40 / 24 May 2026
186
21:39 / 24 May 2026
1156
21:30 / 24 May 2026
186
20:41 / 24 May 2026
148
20:19 / 24 May 2026
138
20:11 / 24 May 2026
117
19:39 / 24 May 2026
236
19:09 / 24 May 2026
432
18:55 / 24 May 2026
253
18:37 / 24 May 2026
457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.