Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3392
19.10.2025, 21:32
Sabiq xarici işlər naziri adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.
Oxu24.com xəbər verir ki, sabiq nazir bu haqda “Müsavat TV”nin efirində danışıb.
-Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salam-əleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?
-Sizi istintaqa dəvət etməyiblər?
-Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.
-Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?
-Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.
-Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?
-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.
-Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?
-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.
-İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?
-Yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam.
-Bəs həbsinə münasibətiniz necədir?
-Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdi də...
-Niyə “provakasiya”? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.
-Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.
00:05 / 25 May 2026
168
00:01 / 25 May 2026
305
00:01 / 25 May 2026
1120
23:58 / 24 May 2026
283
23:36 / 24 May 2026
495
23:32 / 24 May 2026
754
23:23 / 24 May 2026
211
23:13 / 24 May 2026
279
23:13 / 24 May 2026
734
23:03 / 24 May 2026
318
22:43 / 24 May 2026
118
22:18 / 24 May 2026
126
22:04 / 24 May 2026
487
21:40 / 24 May 2026
196
21:39 / 24 May 2026
1480
21:30 / 24 May 2026
201
20:41 / 24 May 2026
159
20:19 / 24 May 2026
148
20:11 / 24 May 2026
127
19:39 / 24 May 2026
260
19:09 / 24 May 2026
452
18:55 / 24 May 2026
282
18:37 / 24 May 2026
485
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.