Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6057
19.10.2025, 20:37
Günlərdir mətbuatın gündəmini zəbt edən Ramiz Mehdiyevin "vurulması"nın əsası 2020-ci ildə karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi ilə qoyulmuşdu.
Həmin vaxtda qayda pozuntusuna görə,Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.
Bəs,Mehdiyevlərin "evini yıxan" görüntüləri kim çəkib,paylaşmışdı?
Oxu24.com xatırladır ki, görüntüləri müğənni Aysel Teymurzadə çəkərən xəbər saytlarına ötürmüşdü.
Hadisə baş verən zaman Ramiz Mehdiyevin kürəkəni müğənnini ittiham edərək bu sözləri demişdi:
“Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı, Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib, müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağam. Bu, sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bu gün dostuna xəyanət edən, sabah dostuna, xalqına da xəyanət edərcək".
Xatırladaq ki, 2020-ci ilin avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdi.
Mərasim Novxanıda bağ evində baş tutmuşdu.
Görüntülərdə Ramiz Mehdiyev də yer almışdı.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” demişdi.
Xatırladaq ki,həmin toydan çəkilən videolar xəbər saytlarından sonradan sildirilib.
Miri Məcidli
00:05 / 25 May 2026
168
00:01 / 25 May 2026
305
00:01 / 25 May 2026
1120
23:58 / 24 May 2026
283
23:36 / 24 May 2026
495
23:32 / 24 May 2026
754
23:23 / 24 May 2026
211
23:13 / 24 May 2026
279
23:13 / 24 May 2026
734
23:03 / 24 May 2026
318
22:43 / 24 May 2026
118
22:18 / 24 May 2026
126
22:04 / 24 May 2026
487
21:40 / 24 May 2026
196
21:39 / 24 May 2026
1480
21:30 / 24 May 2026
201
20:41 / 24 May 2026
159
20:19 / 24 May 2026
148
20:11 / 24 May 2026
127
19:39 / 24 May 2026
260
19:09 / 24 May 2026
452
18:55 / 24 May 2026
282
18:37 / 24 May 2026
485
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.