Milli Məclis mühüm qərarlar QƏBUL EDİB
18 Noyabr 2026, 11:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
04.06.2025, 10:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev işdən çıxarılıb.
Oxu24.com xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Qeyd edək ki, Elvin Mehdiyev ötən ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Xatıradaq ki, bu ilin mart ayında müəmmalı səbəblərdən FHN-nin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən kənarlaşdırılıb, bir neçə gün əvvəl 4 aylıq sərəncama götürülüb. Gəncə Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
11:49 / 18 Noyabr 2026
15
11:43 / 18 Noyabr 2026
30
11:39 / 18 Noyabr 2026
44
11:35 / 18 Noyabr 2026
55
11:32 / 18 Noyabr 2026
64
11:22 / 18 Noyabr 2026
263
11:19 / 18 Noyabr 2026
75
11:15 / 18 Noyabr 2026
65
11:13 / 18 Noyabr 2026
60
11:11 / 18 Noyabr 2026
394
11:08 / 18 Noyabr 2026
68
10:21 / 18 Noyabr 2026
84
10:18 / 18 Noyabr 2026
94
10:14 / 18 Noyabr 2026
90
10:01 / 18 Noyabr 2026
93
09:11 / 18 Noyabr 2026
104
08:32 / 18 Noyabr 2026
127
00:38 / 18 Noyabr 2026
168
23:54 / 17 Noyabr 2026
169
23:36 / 17 Noyabr 2026
203
23:10 / 17 Noyabr 2026
193
23:03 / 17 Noyabr 2026
366
22:45 / 17 Noyabr 2026
208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.