Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb
20 Noyabr 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
741
26.01.2025, 10:45
Baş ağrısı ən geniş yayılmış problemlərdən biridir - bu, nevroloqa müraciət etmənin ən çox rast gəlinən səbəblərindən biridir. Uşaqlar da daxil olmaqla hər kəs vaxtaşırı bununla qarşılaşır. Eyni zamanda, başa düşmək vacibdir ki, bəzi hallarda bu vəziyyət uşaq üçün təhlükəli ola bilər.
OXU24.COM xəbər verir ki, rusiyalı uşaq nevroloqu Qalina Nevryuzina bildirib ki, ümumilikdə 300-dən çox müxtəlif başağrısı növü təsnif edilib:
"Əksər hallarda insanlar əvvəlcə analgetiklər və digər ağrıkəsicilərdən istifadə edərək bu problemin öhdəsindən özləri gəlməyə çalışırlar. Həkimə yalnız ağrılar davamlı olduqda və adi dərmanlar kömək etməyi dayandırdıqda müraciət edirlər".
Onun sözlərinə görə, ilk növbədə başağrısının növünü müəyyən etmək və onun yaranmasına səbəb olan əsas amilləri aşkar etmək lazımdır.
"Bir çox hallarda başağrısı əsas patoloji proses deyil, başqa xəstəliyi müşayiət edir və bəzən təhlükəli olan onun simptomu olur. Belə hallara orqanizmin ciddi intoksikasiyası (məsələn, virus xəstəlikləri və ya qida zəhərlənmələri zamanı), burun-udlağın iltihabi və infeksion xəstəlikləri, onurğanın boyun hissəsində baş beyinin qan təchizatının pozulması ilə müşayiət olunan problemlər, baş beyinin qabığının və maddəsinin infeksion zədələnmələri kimi simptomları aid etmək olar", - deyə Nevryuzina bildirib.
Bundan əlavə, o qeyd edib ki, baş ağrılarının tez-tez rast gəlinən səbəbi, xüsusilə yeniyetməlik dövründə vegetativ-damar distoniyasıdır.
Uşaqda təhlükəli vəziyyətin olduğunu və təcili hospitalizasiya tələb edildiyini göstərə bilən əlavə simptomlar bunlardır: başa zərbə kimi qəfil, son dərəcə güclü, dözülməz ağrının meydana çıxması, başağrısı tutmasından sonra huşun itməsi, qıcolmaların əmələ gəlməsi, şüurun dəyişməsi, ətraf mühitin qeyri-adekvat qəbul edilməsi, görmənin kəskin pisləşməsi, bədənin müxtəlif hissələrinin keyləşməsi, temperaturun 38 dərəcədən yuxarı qalxması, tutmaların və ya ağrı hislərinin intensivliyinin artması.
"Müasir müayinə üsulları hər bir konkret halda baş ağrılarının yaranmasının həqiqi səbəblərini müəyyən etməyə, onların müalicəsi üçün vaxtında tədbirlər görməyə, xəstəni tam həyata qaytarmağa kömək edir", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
12:11 / 20 Noyabr 2026
1
11:43 / 20 Noyabr 2026
69
11:42 / 20 Noyabr 2026
138
11:36 / 20 Noyabr 2026
66
11:20 / 20 Noyabr 2026
95
11:05 / 20 Noyabr 2026
75
11:03 / 20 Noyabr 2026
91
11:01 / 20 Noyabr 2026
87
10:49 / 20 Noyabr 2026
119
10:40 / 20 Noyabr 2026
92
10:20 / 20 Noyabr 2026
100
10:20 / 20 Noyabr 2026
92
10:16 / 20 Noyabr 2026
105
10:10 / 20 Noyabr 2026
149
10:10 / 20 Noyabr 2026
95
10:03 / 20 Noyabr 2026
349
10:00 / 20 Noyabr 2026
156
10:00 / 20 Noyabr 2026
129
09:51 / 20 Noyabr 2026
105
09:46 / 20 Noyabr 2026
111
09:41 / 20 Noyabr 2026
115
09:34 / 20 Noyabr 2026
133
09:31 / 20 Noyabr 2026
970
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.