Polis onları ot tayasından TAPDI
21 Noyabr 2026, 19:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
646
05.12.2024, 15:35
Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada baş verən partlayış zamanı mənzillərinə ziyan dəyən sakinlər onlara diqqət göstərilmədiyini deyir.
Oxu24.com un məlumatına görə, bu barədə Oxu.az-a danışan sakinlər bildirib ki, onların vəziyyəti ilə maraqlanan yoxdur: “İndiki vaxtda günlərlə gedib dost-tanış evində qalmaq olmur. Binaya girməyə icazə vermirlər. Harada qalmalıyıq, nə etməliyik - bilmirik. Uşaqlarımız məktəbə gedə bilmirlər, özümüz də çarəsizlikdən hərəmiz bir yerə dağılışmışıq. Bəs bunun sonu nə olacaq?”
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün icra hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər davam etdirilir: “Hadisə baş verən bina altı girişdən ibarətdir və mütəxəssislərin rəyi əsasında dünən günorta saatlarından etibarən üç girişdə yaşayış tam bərpa olunub. Digər girişlərlə bağlı da tədbirlər davam etdirilir. Mütəxəssislərin rəyi əsasında bu girişlərlə bağlı da addımlar atılacaq.
Gün ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları ərazidə olublar. Sakinlərin müraciəti əsasında onlar müvəqqəti olaraq müvafiq yerlə təmin olunublar. Növbəti qərarlara uyğun olaraq İcra Hakimiyyəti tədbirlər görəcək”.
Xatırladaq ki, Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.
19:14 / 21 Noyabr 2026
1
19:12 / 21 Noyabr 2026
19
18:41 / 21 Noyabr 2026
69
18:29 / 21 Noyabr 2026
85
18:19 / 21 Noyabr 2026
83
18:18 / 21 Noyabr 2026
91
17:54 / 21 Noyabr 2026
161
17:43 / 21 Noyabr 2026
1296
17:30 / 21 Noyabr 2026
122
17:17 / 21 Noyabr 2026
104
17:16 / 21 Noyabr 2026
144
17:08 / 21 Noyabr 2026
138
16:45 / 21 Noyabr 2026
108
16:39 / 21 Noyabr 2026
135
16:26 / 21 Noyabr 2026
257
16:20 / 21 Noyabr 2026
133
16:05 / 21 Noyabr 2026
114
16:00 / 21 Noyabr 2026
165
15:49 / 21 Noyabr 2026
155
15:48 / 21 Noyabr 2026
115
15:36 / 21 Noyabr 2026
146
15:35 / 21 Noyabr 2026
115
15:32 / 21 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.