BDU-nun sabiq rektoru haqqında SENSASSION FAKT
21 Noyabr 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
646
03.12.2024, 23:45
Dünyanın bir çox mətbəxində olduğu kimi, bizim də mətbəximizdə acılı yeməklər bəyənilir. Bəs acılı yeməklər sağlamlığımıza necə təsir edir?
OXU24.COM xəbər verir ki, "British Journal of Nutrition" jurnalında bibərlə bağlı yeni araşdırma dərc edilib. Məqalədə bildirilir ki, acılı yeməklərin qəbul tezliyi orqanizmə müxtəlif təsir göstərə bilər. Çinli alimlər tərəfindən 50 mindən çox yetişkin üzərində aparılan araşdırmada həftədə ən azı bir dəfə acılı yemək yeyən şəxslərdə insult riskinin, acı yeməyənlərə nisbətən 13 faiz artdığı aşkarlanıb. Bununla yanaşı, həftədə üç və ya daha çox dəfə acı yeyənlərin damar tıxanması və ya daralması ehtimalının 20 faiz daha az olduğu məlum olub.
Araşdırma həmçinin obez şəxslərin daha tez-tez acılı yeməkdən daha çox fayda gördüyünü göstərib. Obezlik insult riskini artırdığı üçün acının bu qrupa olan təsiri xüsusilə əhəmiyyətli hesab edilir.
Acının Təsir Mexanizmi
Alimlərin fikrincə acılı yeməklərin faydası əsasən kapsaisin adlı maddənin təsiri ilə əlaqədardır. Bu maddə metabolizmanı 8 faiz sürətləndirərək obezliyin qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, kapsaisin boğaz əzələlərini stimullaşdıraraq disfaji (yeməklərin udulmasında çətinlik) simptomlarını yüngülləşdirə bilir.
2020-ci ildə ABŞ-da aparılan tədqiqatlar göstərib ki, müntəzəm olaraq acılı yemək yeyən şəxslərdə ürək xəstəliklərindən ölüm riski 26 faiz daha azdır. Kapsaisinin həmçinin iltihablanmanı azaltdığı və damar tıxanmasının qarşısını aldığı da məlumdur.
Acılı yeməklərin zərərləri
Acılı yeməklər faydalı ola bilər, lakin hər şey kimi, düzgün və məqbul miqdarda istifadə olunmalıdır. Belə ki, çoxlu acılı yemək yeməyin yaddaş zəifliyi və Alzheimer xəstəliyi riskini artırdığı müəyyən olunub. Bundan başqa, həddən artıq kapsaisin qəbulu mədə divarını qıcıqlandıraraq mədə xərçəngi riskini 50 faiz artırır.
Acının təsirləri cinsiyyət sağlamlığına da əks olunur. Müntəzəm olaraq çoxlu acı yeyən kişilərdə testosteron səviyyəsinin azaldığı və cinsi istəksizliyin artdığı qeyd edilib.
King's College London-dan farmakoloq Susan Brain bildirir ki, acını balanslı və sağlam qidalanmanın bir hissəsi kimi qəbul etdikdə zərərli təsirlərlə qarşılaşmaq ehtimalı minimuma enir.
20:09 / 21 Noyabr 2026
73
19:14 / 21 Noyabr 2026
375
19:12 / 21 Noyabr 2026
81
18:41 / 21 Noyabr 2026
97
18:29 / 21 Noyabr 2026
100
18:19 / 21 Noyabr 2026
108
18:18 / 21 Noyabr 2026
117
17:54 / 21 Noyabr 2026
199
17:43 / 21 Noyabr 2026
1832
17:30 / 21 Noyabr 2026
143
17:17 / 21 Noyabr 2026
118
17:16 / 21 Noyabr 2026
155
17:08 / 21 Noyabr 2026
156
16:45 / 21 Noyabr 2026
120
16:39 / 21 Noyabr 2026
147
16:26 / 21 Noyabr 2026
288
16:20 / 21 Noyabr 2026
144
16:05 / 21 Noyabr 2026
125
16:00 / 21 Noyabr 2026
176
15:49 / 21 Noyabr 2026
173
15:48 / 21 Noyabr 2026
123
15:36 / 21 Noyabr 2026
157
15:35 / 21 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.