Abbaszadə haqqında MARAQLI FAKT: Məşhur şəxsin gəlini olubmuş
22 Noyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
275
06.11.2024, 20:09
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.
AYNA-dan OXU24.COM -a verilən məlumata görə, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.
10:51 / 22 Noyabr 2026
80
10:47 / 22 Noyabr 2026
83
10:38 / 22 Noyabr 2026
81
10:16 / 22 Noyabr 2026
423
09:15 / 22 Noyabr 2026
694
08:56 / 22 Noyabr 2026
292
01:34 / 22 Noyabr 2026
206
01:33 / 22 Noyabr 2026
177
23:53 / 21 Noyabr 2026
957
23:41 / 21 Noyabr 2026
312
23:11 / 21 Noyabr 2026
1666
23:00 / 21 Noyabr 2026
188
22:47 / 21 Noyabr 2026
569
22:32 / 21 Noyabr 2026
242
22:20 / 21 Noyabr 2026
743
22:02 / 21 Noyabr 2026
645
21:49 / 21 Noyabr 2026
204
21:32 / 21 Noyabr 2026
741
21:27 / 21 Noyabr 2026
221
21:20 / 21 Noyabr 2026
203
21:17 / 21 Noyabr 2026
1056
20:49 / 21 Noyabr 2026
1407
20:33 / 21 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.