Azərbaycanda QAR YAĞIR
22 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
382
06.11.2024, 15:15
Oktyabrın 27-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və "ProDemos - Xalq üçün"ün birgə təşkilatçılığı ilə “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini, vəkil Səttar Məmmədov, layihənin yaradıcılarından olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) prezidenti Nazim Çələbiyev, ELSA Azərbaycanın xəzinədarı İlham Həsənov, həmin təşkilatın peşəkar inkişaf komandasının vitse-prezidenti Mədinə Nağıyeva çıxış edərək layihənin ərsəyə gəlməsi və icrası ilə bağlı danışıblar.
Həmçinin həssas əhali qrupu üzvü olan vətəndaş A.H layihə boyunca ona göstərilən hüquqi yardımla bağlı öz müsbət fikirlərini bölüşüb.
Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunverciliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarət idi. İyul-oktyabr ayları ərzində davam edən sözügedən layihə öz məqsədlərinə uğurlu şəkildə çatıb.

11:12 / 22 Noyabr 2026
1
10:51 / 22 Noyabr 2026
116
10:47 / 22 Noyabr 2026
92
10:38 / 22 Noyabr 2026
85
10:16 / 22 Noyabr 2026
444
09:15 / 22 Noyabr 2026
708
08:56 / 22 Noyabr 2026
300
01:34 / 22 Noyabr 2026
207
01:33 / 22 Noyabr 2026
177
23:53 / 21 Noyabr 2026
960
23:41 / 21 Noyabr 2026
312
23:11 / 21 Noyabr 2026
1670
23:00 / 21 Noyabr 2026
188
22:47 / 21 Noyabr 2026
570
22:32 / 21 Noyabr 2026
242
22:20 / 21 Noyabr 2026
748
22:02 / 21 Noyabr 2026
646
21:49 / 21 Noyabr 2026
205
21:32 / 21 Noyabr 2026
742
21:27 / 21 Noyabr 2026
221
21:20 / 21 Noyabr 2026
204
21:17 / 21 Noyabr 2026
1057
20:49 / 21 Noyabr 2026
1412
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.