Qaynar xətt:

(+99450) 247 90 86

Ötən ay azad olunmuş ərazilərdə nə qədər mina zərərsizləşdirilib?

Ötən ay azad olunmuş ərazilərdə nə qədər mina zərərsizləşdirilib?

CƏMİYYƏT

285

01.11.2024, 23:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan OXU24.COM -a verilən məlumata görə, azad olunan ərazilərdə oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 5657.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.