Gəncədə ağır qəza
22 Noyabr 2026, 14:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
297
31.10.2024, 13:29
COP29-la əlaqədar paytaxt daxili yolların bir çoxuna giriş-çıxış məhdudiyyətləri tətbiq olunacaq. Digər tərəfdən, Bakının bir sıra küçə və prospektlərində tədbirlə bağlı marşurt xətləri hazırlanıb. Hazırda bir çox vətəndaşlar rayonlardan Bakıya gəliş-gedişin mümkün olub-olmayacağı ilə bağlı tərəddüd edir.
Bir çoxlarına görə, tədbir ərzində paytaxt ərazisinə giriş qadağan edilə bilər.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hələlik bu mövzuda hansısa qadağa və yaxud məhdudiyyət nəzərdə tutulmayıb:
Həmçinin oxu: Tutulan ata və oğulun şok əməlləri üzə çıxdı
Evdən 400 ədəd ətçəkən oğurlandı- Şübhəli qonşularıdır
“Ümumiyyətlə, COP29-la bağlı nəqliyyatın hərəkəti və tənzimlənməsi ilə bağlı nəzərdə tutulan müəyyən normalar var. Bunlar artıq cəmiyyətə bəyan edilib. Bəyan olunan normalar içərisində rayondan gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması ilə bağlı konkret qadağalar hələlik qüvvəyə minməyib. Bu barədə müəyyən tövsiyələr ola bilər. Yəni təcili işləri olmayan insanlar Bakı şəhərinə COP29-dan sonra gəlsələr, daha yaxşı olar. Mən düşünürəm ki, giriş-çıxış üçün hansısa qadağa tətbiq olunmayacaq”.
Ekspert qeyd edib ki, COP29-la bağlı məhdudiyyətlər daha çox paytaxt daxili bəzi prospekt və yollara aiddir:
“Amma bir məsələ var ki, Bakının bir sıra prospektlərinə giriş-çıxış məhdudiyyəti var. Bildiyiniz kimi, COP29-un marşrut xətləri ilə bağlı artıq yollar ayrılıb. Bu zolaqlara giriş-çıxış qadağandır. Çox tövsiyə olunandır ki, tədbir dövründə vətəndaşlar daha çox Bakı şəhərindən kənarda istirahətə üstünlük versinlər. Vətəndaşlarımız bilavasitə bu kimi addımlarla COP29-un daha yaxşı keçirilməsinə öz töhfələrini vermiş olacaqlar”.
14:27 / 22 Noyabr 2026
1
14:11 / 22 Noyabr 2026
59
13:47 / 22 Noyabr 2026
137
13:20 / 22 Noyabr 2026
92
12:51 / 22 Noyabr 2026
122
12:30 / 22 Noyabr 2026
207
12:17 / 22 Noyabr 2026
913
11:38 / 22 Noyabr 2026
1148
11:12 / 22 Noyabr 2026
239
10:51 / 22 Noyabr 2026
683
10:47 / 22 Noyabr 2026
224
10:38 / 22 Noyabr 2026
150
10:16 / 22 Noyabr 2026
874
09:15 / 22 Noyabr 2026
1005
08:56 / 22 Noyabr 2026
407
01:34 / 22 Noyabr 2026
222
01:33 / 22 Noyabr 2026
187
23:53 / 21 Noyabr 2026
1075
23:41 / 21 Noyabr 2026
365
23:11 / 21 Noyabr 2026
1811
23:00 / 21 Noyabr 2026
198
22:47 / 21 Noyabr 2026
624
22:32 / 21 Noyabr 2026
258
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.