Azərbaycanda bank sədri vəzifədən azad olundu
22 Noyabr 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
426
26.10.2024, 10:30
Baş ağrılarınız davamlı və şiddətlidirsə və gündəlik fəaliyyətinizə mane olursa və ya aşağıda qeyd olunan digər simptomlarla baş verirsə, həkimə müraciət etməlisiniz.
OXU24.COM bildirir ki, baş ağrıları müxtəlif səbəblərdən yarana bilər və bəzi xəstəliklərin əlaməti ola bilər.
Adətən zərərsiz bir vəziyyət olan baş ağrısı bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Baş ağrısına səbəb ola biləcək bəzi xəstəliklər bunlardır:
1. Migren:
Şiddətli və döyüntülü baş ağrısı. Tez-tez ürəkbulanma, qusma, işığa və ya səsə həssaslıq ilə müşayiət olunur.
2. Gərginlik göstərən baş ağrısı:
Başın ətrafında sıxıcı ağrı. Stress, yorğunluq və ya pis duruş səbəbindən baş verə bilər.
3. Sinusit:
Ağrı xüsusilə alın və yanaq bölgəsində cəmlənir. Burun tıxanıqlığı, irəli əyildikdə artan ağrı ilə özünü göstərir.
4. Hipertoniya:
Yüksək qan təzyiqi baş ağrısına səbəb ola bilər. Adətən başın arxa hissəsində və ya ənsədə şiddətli ağrı ilə özünü göstərir.
5. Beyin şişləri:
Davamlı, artan və səhərlər daha şiddətli olan baş ağrıları. Görmə itkisi, müvazinətin itməsi və nitq çətinliyi ilə müşayiət oluna bilər.
6. Beyin qanaması və ya anevrizması:
Ani, çox şiddətli və fərqli bir baş ağrısı (sözdə "həyatımın ən pis baş ağrısı" kimi təsvir olunur). Şüurun dəyişməsi, ürəkbulanma və qusma kimi əlamətlərlə də özünü göstərə bilər.
7. Temporal arterit:
Adətən yaşlılarda müşahidə olunur. Gicgahda cəmləşən şiddətli, həssas baş ağrısı. Müalicə edilməzsə, görmə itkisinə səbəb ola bilər.
8. Klaster baş ağrısı:
Göz ətrafında şiddətli, deşici ağrılar. Göz yaşarması və burun tıxanıqlığı ilə müşayiət oluna bilər.
9. İnfeksiyalar:
Menengit və ya ensefalit kimi beyin infeksiyaları. Qızdırma, boyun sərtliyi və şüurun dəyişməsi ilə müşayiət oluna bilər.
10. Trigeminal nevralgiya:
Şiddətli, qısamüddətli elektrik şokuna bənzər üzdə ağrı. Adətən üz əzələlərinin qeyri-iradi hərəkətləri ilə müşayiət olunur.
16:38 / 22 Noyabr 2026
65
16:29 / 22 Noyabr 2026
75
16:18 / 22 Noyabr 2026
560
16:00 / 22 Noyabr 2026
114
14:27 / 22 Noyabr 2026
125
14:11 / 22 Noyabr 2026
147
13:47 / 22 Noyabr 2026
359
13:20 / 22 Noyabr 2026
133
12:51 / 22 Noyabr 2026
156
12:30 / 22 Noyabr 2026
324
12:17 / 22 Noyabr 2026
1411
11:38 / 22 Noyabr 2026
1678
11:12 / 22 Noyabr 2026
270
10:51 / 22 Noyabr 2026
813
10:47 / 22 Noyabr 2026
264
10:38 / 22 Noyabr 2026
174
10:16 / 22 Noyabr 2026
1017
09:15 / 22 Noyabr 2026
1110
08:56 / 22 Noyabr 2026
435
01:34 / 22 Noyabr 2026
237
01:33 / 22 Noyabr 2026
248
23:53 / 21 Noyabr 2026
1135
23:41 / 21 Noyabr 2026
382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.