Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
22 Noyabr 2026, 18:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
300
24.10.2024, 11:10
2024-cü il oktyabr ayının 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək. Həmin gün beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
Oxu24.com xəbər verir ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
18:21 / 22 Noyabr 2026
1
18:16 / 22 Noyabr 2026
36
18:02 / 22 Noyabr 2026
69
17:59 / 22 Noyabr 2026
31
16:38 / 22 Noyabr 2026
136
16:29 / 22 Noyabr 2026
113
16:18 / 22 Noyabr 2026
1404
16:00 / 22 Noyabr 2026
179
14:27 / 22 Noyabr 2026
147
14:11 / 22 Noyabr 2026
167
13:47 / 22 Noyabr 2026
460
13:20 / 22 Noyabr 2026
149
12:51 / 22 Noyabr 2026
172
12:30 / 22 Noyabr 2026
378
12:17 / 22 Noyabr 2026
1579
11:38 / 22 Noyabr 2026
1915
11:12 / 22 Noyabr 2026
285
10:51 / 22 Noyabr 2026
872
10:47 / 22 Noyabr 2026
285
10:38 / 22 Noyabr 2026
179
10:16 / 22 Noyabr 2026
1067
09:15 / 22 Noyabr 2026
1208
08:56 / 22 Noyabr 2026
479
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.