Şəhid Nihad Əliyevin doğum günüdür
22 Noyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
322
22.10.2024, 20:23
Yasamal rayonunda yerləşən "Əsmanur" özəl uşaq bağçasında uşaqlara "Ketotifen" dərmanının verildiyi iddia olunur. Sosial şəbəkədə yayılan iddiaya görə, valideynlərdən bəzilərinin övladlarının qanlarında analiz zamanı həmin dərman aşkarlanıb.
OXU24.COM xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az "Əsmanur" Tədris İnkişaf Mərkəzi ilə saxlayıb. Mərkəzdən bildirilib ki, sözügedən iddia yalandır:
"Həmin məlumatı bloqerlərdən biri paylaşıb. O, ötən cümə axşamı bağçaya gəlib, təpiklə qapını açıb. Bağçanın müəlliməsi buna əsəbiləşib və aralarında anlaşılmazlıq yaşanıb. Bloqer də deyib ki, mən sizi səhifəmdə paylaşıb rüsvay edəcəyəm. İddia edib ki, uşağı çox yatır. Gedib analiz verib, lakin uşağın qanında heç nə çıxmayıb".
"Qeyd olunan məsələ ilə bağlı kamera görüntüləri də var. Həmin bloqer ilə söhbət aparmışıq. Onun uşağı iki ildir ki, bizim bağçada təhsil alır. Bununla bağlı polisə də şikayət vermişdi, geri götürüb. Yanlış etdiyini boynuna alıb, üzr istəyib. Bununla bağlı yalan məlumat yazanlar barəsində də lazımi tədbir görüləcək", - deyə cavabda qeyd olunub.
Xatırladaq ki, "Ketotifen" - birinci nəsil antihistamin dərman vasitəsidir. Allergik xəstəliklərin profilaktikası, o cümlədən atopik bronxial astma, allergik bronxit, ot qızdırması, allergik rinit, allergik dermatit, övrə, allergik konyunktivit zamanı təyin olunur. Əks-təsirlərindən biri yuxululuqdur, eləcə də yüngül baş gicəllənməsi, psixi reaksiyaların yavaşlaması da müşahidə oluna, adətən, müalicənin başlanmasından bir neçə gün sonra yox ola bilər.
19:20 / 22 Noyabr 2026
41
19:05 / 22 Noyabr 2026
320
18:54 / 22 Noyabr 2026
71
18:49 / 22 Noyabr 2026
93
18:21 / 22 Noyabr 2026
253
18:16 / 22 Noyabr 2026
134
18:02 / 22 Noyabr 2026
117
17:59 / 22 Noyabr 2026
97
16:38 / 22 Noyabr 2026
167
16:29 / 22 Noyabr 2026
130
16:18 / 22 Noyabr 2026
1895
16:00 / 22 Noyabr 2026
216
14:27 / 22 Noyabr 2026
165
14:11 / 22 Noyabr 2026
184
13:47 / 22 Noyabr 2026
518
13:20 / 22 Noyabr 2026
163
12:51 / 22 Noyabr 2026
186
12:30 / 22 Noyabr 2026
393
12:17 / 22 Noyabr 2026
1685
11:38 / 22 Noyabr 2026
2086
11:12 / 22 Noyabr 2026
305
10:51 / 22 Noyabr 2026
983
10:47 / 22 Noyabr 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.