Sahil Babayevdən yeni TƏYİNAT
22 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
249
18.10.2024, 13:48
“Bakı kart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə müzakirə zamanı deyib.
O, bildirib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: “Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Yaxın günlərdə, hətta ola bilər gələn həftə bu məsələ həll olunsun”.
T. Səfərov qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə, onun köklü həllinə gedildi. Mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırıması nəzərdə tutulub.
İctimai dinləmədə qeyd olunub ki, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.
O da bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.
21:14 / 22 Noyabr 2026
1
21:06 / 22 Noyabr 2026
43
20:56 / 22 Noyabr 2026
513
20:30 / 22 Noyabr 2026
284
19:33 / 22 Noyabr 2026
707
19:20 / 22 Noyabr 2026
124
19:05 / 22 Noyabr 2026
1013
18:54 / 22 Noyabr 2026
109
18:49 / 22 Noyabr 2026
146
18:21 / 22 Noyabr 2026
395
18:16 / 22 Noyabr 2026
179
18:02 / 22 Noyabr 2026
156
17:59 / 22 Noyabr 2026
138
16:38 / 22 Noyabr 2026
206
16:29 / 22 Noyabr 2026
152
16:18 / 22 Noyabr 2026
2381
16:00 / 22 Noyabr 2026
246
14:27 / 22 Noyabr 2026
180
14:11 / 22 Noyabr 2026
200
13:47 / 22 Noyabr 2026
587
13:20 / 22 Noyabr 2026
171
12:51 / 22 Noyabr 2026
201
12:30 / 22 Noyabr 2026
427
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.