Qaynar xətt:

(+99450) 247 90 86

COP29-da yollarda qadağalar olacaq?- Rəsmi cavab

COP29-da yollarda qadağalar olacaq?- Rəsmi cavab

CƏMİYYƏT

230

18.10.2024, 12:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.

Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək yollara Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir.