Sabah bu rayonda qaz olmayacaq
22 Noyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
269
17.10.2024, 09:10
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
OXU24.COM xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
22:08 / 22 Noyabr 2026
1
21:14 / 22 Noyabr 2026
111
21:06 / 22 Noyabr 2026
110
20:56 / 22 Noyabr 2026
953
20:30 / 22 Noyabr 2026
381
19:33 / 22 Noyabr 2026
889
19:20 / 22 Noyabr 2026
135
19:05 / 22 Noyabr 2026
1205
18:54 / 22 Noyabr 2026
122
18:49 / 22 Noyabr 2026
157
18:21 / 22 Noyabr 2026
423
18:16 / 22 Noyabr 2026
193
18:02 / 22 Noyabr 2026
165
17:59 / 22 Noyabr 2026
149
16:38 / 22 Noyabr 2026
217
16:29 / 22 Noyabr 2026
160
16:18 / 22 Noyabr 2026
2584
16:00 / 22 Noyabr 2026
258
14:27 / 22 Noyabr 2026
182
14:11 / 22 Noyabr 2026
208
13:47 / 22 Noyabr 2026
609
13:20 / 22 Noyabr 2026
175
12:51 / 22 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.