Sabah bu rayonda qaz olmayacaq
22 Noyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
224
16.10.2024, 12:35
Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib.
Oxu24.com xəbər verir ki, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.
Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.
14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində qismən də olsa, sağlamlığına qovuşub və digər şöbəyə köçürülüb.
Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.
22:36 / 22 Noyabr 2026
74
22:08 / 22 Noyabr 2026
529
21:14 / 22 Noyabr 2026
129
21:06 / 22 Noyabr 2026
137
20:56 / 22 Noyabr 2026
1190
20:30 / 22 Noyabr 2026
445
19:33 / 22 Noyabr 2026
993
19:20 / 22 Noyabr 2026
141
19:05 / 22 Noyabr 2026
1286
18:54 / 22 Noyabr 2026
131
18:49 / 22 Noyabr 2026
167
18:21 / 22 Noyabr 2026
442
18:16 / 22 Noyabr 2026
202
18:02 / 22 Noyabr 2026
171
17:59 / 22 Noyabr 2026
156
16:38 / 22 Noyabr 2026
225
16:29 / 22 Noyabr 2026
165
16:18 / 22 Noyabr 2026
2723
16:00 / 22 Noyabr 2026
265
14:27 / 22 Noyabr 2026
184
14:11 / 22 Noyabr 2026
209
13:47 / 22 Noyabr 2026
628
13:20 / 22 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.