İcra başçısının bazardakı VİDEOSU GÜNDƏM OLDU
22 Noyabr 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
330
16.10.2024, 11:19
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Oxu24.com-a idarədən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkəmizə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.
Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar da məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.
22:59 / 22 Noyabr 2026
1
22:36 / 22 Noyabr 2026
88
22:08 / 22 Noyabr 2026
588
21:14 / 22 Noyabr 2026
135
21:06 / 22 Noyabr 2026
143
20:56 / 22 Noyabr 2026
1219
20:30 / 22 Noyabr 2026
455
19:33 / 22 Noyabr 2026
1009
19:20 / 22 Noyabr 2026
147
19:05 / 22 Noyabr 2026
1297
18:54 / 22 Noyabr 2026
136
18:49 / 22 Noyabr 2026
170
18:21 / 22 Noyabr 2026
448
18:16 / 22 Noyabr 2026
206
18:02 / 22 Noyabr 2026
175
17:59 / 22 Noyabr 2026
159
16:38 / 22 Noyabr 2026
230
16:29 / 22 Noyabr 2026
168
16:18 / 22 Noyabr 2026
2735
16:00 / 22 Noyabr 2026
268
14:27 / 22 Noyabr 2026
187
14:11 / 22 Noyabr 2026
211
13:47 / 22 Noyabr 2026
634
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.