Qaynar xətt:

(+99450) 247 90 86

Metroda nə baş verir?

Metroda nə baş verir?

CƏMİYYƏT

288

15.10.2024, 18:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarı "28 May" stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

Oxu24.com  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb: "Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var".