Biləsuvarda şəhid qardaşı ilə şəhid bacısı evləndilər
23 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
345
11.10.2024, 14:59
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.
Oxu24.com xəbər verir ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.
Artıq 1-ci mərhələ üzrə 4 ərazidə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb:
2. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində sol tərəfdə.
3. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə.
4. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə.
5 ərazi üzrə işlər davam etdirilir:
1. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə.
2. M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə.
3. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə.
4. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sağ və sol tərəfdə.
5. M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 44,9-cu kilometrində sağ və sol tərəfdə.
Daha 2 ərazi üzrə isə işlərə yaxın günlərdə start veriləcək:
1. M-6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91.6-cı kilometrində sağ və sol tərəfdə.
2. ”Zəfər Yolu”-nun 21,4-cü kilometrində sağ və sol tərəfdə.
2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması planlaşdırılır. Layihə 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
Məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzinin (Monitorinq mərkəzi) qurulması da tamamlanıb.
Bundan başqa iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanmaq üzrədir.
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.