Biləsuvarda şəhid qardaşı ilə şəhid bacısı evləndilər
23 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
397
10.10.2024, 17:36
Oktyabrın 8-də ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib.
Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluq etdiyi forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına dəstək olmaq, eləcə də bu prosesin təşviqinə dəstək istiqamətində faydalı platforma olaraq fəaliyyət göstərməkdir.
Forumda Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə “Tədqiqatdan inkişafa gedən yol” adlı paneldə spiker qismində çıxışı zamanı qeyd edib: “Kapital Bank olaraq universitet-sənaye tərəfdaşlığına verdiyimiz dəstək gənc mütəxəssislərin bilik və bacarıqlarının praktiki mühitdə inkişafına yönəlib. Bu əməkdaşlıq vasitəsilə ölkəmizin iqtisadiyyatına töhfə verəcək peşəkarların yetişdirilməsinə daim şərait yaradırıq. Biz bu tərəfdaşlığı davamlı inkişafın əsas sütunlarından biri kimi görür və bu sahədəki təşəbbüsləri dəstəkləyirik”. Panel çərçivəsində beynəlxalq reytinqlərdə universitetlərin mövqeyinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, innovasiya və tədqiqat mərkəzlərinin yaradılması və bu sahədə strateji tərəfdaşlıqların rolu müzakirə olunub.
Qeyd edək ki, forum çərçivəsində digər önəmli panellərdən biri “Biliyi dəyərə çevirən sinerji” paneli olub. Burada təhsilin iqtisadiyyata inteqrasiyası mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb. “Gələcəyi gənclərə necə hazırlamalı?” adlı digər paneldə isə gənc nəslin təhsilə hazırlığı və onların gələcək inkişafına dəstək yolları müzakirə olunub.
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.