Qaynar xətt:

(+99450) 247 90 86

Şahdağa qar yağdı

Şahdağa qar yağdı

CƏMİYYƏT

269

09.10.2024, 11:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyi gecəyə doğru 7-12 m/s-dək zəifləyib.

Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan, Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli, Kürdəmirdə 3 mm-dək olub.

Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.