Biləsuvarda şəhid qardaşı ilə şəhid bacısı evləndilər
23 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
395
04.10.2024, 14:19
Əli Kərimlinin Böyük Britaniyanın “The Economist” nəşrində “məqaləsi”nin dərc olunması ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Oxu24.com-un APA-ya istinadən xəbərinə görə, məlum olub ki, məqalənin əsl müəllifi Əli Kərimli özü deyil.
Ə. Kərimlinin iddia etməsinə baxmayaraq ki, guya məqalənin müəllifi odur və məqalə tərcümə edilib, təhlil göstərir ki, bu yazının orijinal dili məhz ingilis dilidir.
Süni intellektin təhlili isə göstərir ki, bu məqalə birbaşa ingilis dilində yazılıb. Mətnin dil strukturu, ifadə tərzi və qrammatik düzgünlüyü bunu açıq şəkildə sübut edir. Heç bir tərcümə izinə rast gəlinmir, cümlə strukturları və frazalar ingilis dilində təbii axıcılıqla qurulub. Xüsusilə publisistik və akademik terminologiyanın düzgün istifadəsi mətnin birbaşa ingilis dilində yazıldığını göstərir.
Əldə edilmiş dəqiq məlumata əsasən, bu məqalənin müəllifi Arkadi Ostrovskidir (//arkadyostrovsky.com/).
Ostrovski haqqında internetdə kifayət qədər məlumat var. O, ermənipərəst mövqeyi ilə seçilir. Bu şəxs 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycanda səfərdə olub və xarici media nümayəndələri üçün təşkil edilmiş cəbhə xəttinə səfərdə iştirak edib. Maraqlı bir detal: ölən mülki yeniyetmənin evinə girərkən, Ostrovski gülümsəyərək bildirib ki, “erməniləri Sumqayıtda poqrom edəndə bunun belə olacağını bilmirdiniz?” Ostrovskiyin bu sözləri Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmuşdu, çünki faktiki olaraq işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlı uşağın öldürülməsinə yalanlarla haqq qazandırmağa çalışırdı.
2020-ci ilin 44 günlük müharibəsi zamanı Ostrovski Bakıya səfər etmişdi. Burada olduğu müddətdə onun əsas tezisi bu olub ki, bu müharibə uzun çəkməlidir və sonda Rusiya-Türkiyə toqquşmasına səbəb olmalıdır.
“Azərbaycanın və Ermənistanın itkiləri bu kontekstdə geosiyasi baxımdan əhəmiyyətli deyil. Əsas məqsəd bu regionda Rusiya-Türkiyə müharibəsinin başlanması olmalıdır”, - bunu Ostrovski azərbaycanlı şahidlər qarşısında deyib.
Müharibə bitəndə və Ostrovskinin istədiyi ssenari baş tutmayanda isə o, açıq şəkildə öz məyusluğunu bildirib.
Məlum olub ki, Əli Kərimli üçün bu məqalənin yazılma prosesi zamanı Ostrovski bir neçə dəfə Bakıya zəng edib, bəzi yerli eksperlərlə məsləhətləşib və onların tövsiyələrini alıb.
Göründüyü kimi, Əli Kərimli faktiki olaraq başqa bir adamın intellektual məhsulunu öz məqaləsi kimi təqdim edərək açıq plagiatla məşğuldur. Bununla yanaşı, o, öz adından yayılacaq məqalənin açıq Azərbaycanofob və ermənipərəst müəllif tərəfindən yazılmasına şərait yaradıb. Şəhidlərimizə nifrət edən bir şəxsə öz adından məqalə yazdıran Kərimli bu hərəkəti ilə bir daha göstərir ki, onun üçün şəxsi maraqları hər şeydən üstündür.
00:24 / 23 Noyabr 2026
136
00:11 / 23 Noyabr 2026
155
23:56 / 22 Noyabr 2026
131
23:43 / 22 Noyabr 2026
479
23:28 / 22 Noyabr 2026
464
23:26 / 22 Noyabr 2026
144
22:59 / 22 Noyabr 2026
501
22:36 / 22 Noyabr 2026
166
22:08 / 22 Noyabr 2026
1085
21:14 / 22 Noyabr 2026
181
21:06 / 22 Noyabr 2026
196
20:56 / 22 Noyabr 2026
1639
20:30 / 22 Noyabr 2026
559
19:33 / 22 Noyabr 2026
1136
19:20 / 22 Noyabr 2026
178
19:05 / 22 Noyabr 2026
1456
18:54 / 22 Noyabr 2026
163
18:49 / 22 Noyabr 2026
202
18:21 / 22 Noyabr 2026
501
18:16 / 22 Noyabr 2026
239
18:02 / 22 Noyabr 2026
196
17:59 / 22 Noyabr 2026
186
16:38 / 22 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.