Pensiya, müavinət və maaşlar ARTIRILIR – Detallar açıqlandı
23 Noyabr 2026, 09:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
703
20.09.2024, 20:45
ARB telekanalına və həmin kanalda Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni Axtarıram” verilişinə İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevlə bağlı müzakirə aparılmasına qadağa qoyub.
OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Rasimin atasının müraciəti əsasında belə qərar qəbul edib.
Ailənin nümayəndəsi kimi çıxış edən Samir Zeynalovun sözlərinə görə, ailə hesab edib ki, xüsusilə Xoşqədəm Hidayətqızı “Rasimin axtarışını” şou predimetinə çevirməklə izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldadıb. Ən əsası verilişdə gedən müzakirələr Rasimin bu günə kimi müəyyən edilməməsinə təsir edib.
Ərizədə o da qeyd olunub ki, Xoşqədəm Hidayətqızı əvvəl Rasimi tapacağı haqda ailəyə vəd verib. Vədini yerinə yetirə bilməyəcəyini görən sözügedən şəxs mənim və ailə üzvlərimin düşdüyü acınacaqlı vəziyyəti nəzərə almayaraq Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.
Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil ailənin müraciətini əsaslı hesab edib.
Hakim belə qənaətə gəlib ki, məsələdə müvəqqəti təminat tədbirinin görülməsi qaçılmazdır.
Qərara əsasən ARB telekanalında, xüsusilə “Səni Axtarıram” verilişində Rasimin axtarışı ilə bağlı müzakirə aparmaq, həmçinin fotolarını yayımlamaq qadağan edilib.
09:46 / 23 Noyabr 2026
5
09:39 / 23 Noyabr 2026
44
09:35 / 23 Noyabr 2026
43
09:31 / 23 Noyabr 2026
90
09:19 / 23 Noyabr 2026
65
08:47 / 23 Noyabr 2026
535
08:32 / 23 Noyabr 2026
105
08:24 / 23 Noyabr 2026
98
00:24 / 23 Noyabr 2026
199
00:11 / 23 Noyabr 2026
246
23:56 / 22 Noyabr 2026
202
23:43 / 22 Noyabr 2026
714
23:28 / 22 Noyabr 2026
695
23:26 / 22 Noyabr 2026
184
22:59 / 22 Noyabr 2026
730
22:36 / 22 Noyabr 2026
206
22:08 / 22 Noyabr 2026
1322
21:14 / 22 Noyabr 2026
209
21:06 / 22 Noyabr 2026
237
20:56 / 22 Noyabr 2026
1894
20:30 / 22 Noyabr 2026
633
19:33 / 22 Noyabr 2026
1242
19:20 / 22 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.