Bu ərazilərdə su olmayacaq
23 Noyabr 2026, 17:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
336
13.09.2024, 23:55
Sosial şəbəkələrdə azyaşlının yaxınları tərəfindən zərərli vərdişlərə cəlb olunmasını əks etdirən görüntülər yayılıb.
OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, xoşagəlməz görüntülər Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırma aparılıb:
“Nəticədə Abşeron rayon sakini olan valideynlər rayon icra hakimiyyətinə dəvət olunublar. Fotoda uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkilərək paylaşdığını iddia edən valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib”.
Valideynlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur: “Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər”.
17:44 / 23 Noyabr 2026
1
17:13 / 23 Noyabr 2026
77
17:12 / 23 Noyabr 2026
78
16:57 / 23 Noyabr 2026
86
16:55 / 23 Noyabr 2026
80
16:45 / 23 Noyabr 2026
270
16:41 / 23 Noyabr 2026
97
16:33 / 23 Noyabr 2026
93
16:27 / 23 Noyabr 2026
672
16:22 / 23 Noyabr 2026
86
16:19 / 23 Noyabr 2026
109
16:08 / 23 Noyabr 2026
119
15:55 / 23 Noyabr 2026
116
15:35 / 23 Noyabr 2026
131
15:25 / 23 Noyabr 2026
124
15:06 / 23 Noyabr 2026
178
14:48 / 23 Noyabr 2026
2118
14:45 / 23 Noyabr 2026
132
14:42 / 23 Noyabr 2026
142
14:31 / 23 Noyabr 2026
406
14:17 / 23 Noyabr 2026
135
14:13 / 23 Noyabr 2026
246
14:10 / 23 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.