Azərbaycanda yeni qanun hazırlanır
24 Noyabr 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
370
10.08.2024, 13:36
Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
OXU24.COM bildirir ki, müəyyən edilir ki, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Xarici İşlər Nazirliyi 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
13:40 / 24 Noyabr 2026
1
13:31 / 24 Noyabr 2026
144
13:23 / 24 Noyabr 2026
56
13:18 / 24 Noyabr 2026
59
13:11 / 24 Noyabr 2026
68
13:07 / 24 Noyabr 2026
69
13:04 / 24 Noyabr 2026
63
13:01 / 24 Noyabr 2026
67
12:56 / 24 Noyabr 2026
87
12:50 / 24 Noyabr 2026
81
12:48 / 24 Noyabr 2026
76
12:46 / 24 Noyabr 2026
84
12:40 / 24 Noyabr 2026
115
12:19 / 24 Noyabr 2026
186
12:16 / 24 Noyabr 2026
97
12:14 / 24 Noyabr 2026
109
12:04 / 24 Noyabr 2026
114
11:56 / 24 Noyabr 2026
96
11:54 / 24 Noyabr 2026
138
11:46 / 24 Noyabr 2026
99
11:40 / 24 Noyabr 2026
127
11:36 / 24 Noyabr 2026
122
11:32 / 24 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.